Yuxarı

“Demokratikləşmə paketi” yalnız həbs vəd edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinə təqdim edilən "Demokratikləşmə paketi" indidən müzakirələrə yol açıb. AKP hökuməti din və düşüncə azadlığını təmin etməklə bərabər Gəzi Parkı aksiyasına qoşulanları da həbs təhlükəsi qarşısında qoyub.

Məktəb və iş yerlərində namaza mane olanlara həbs

İnanc və düşüncə azadlığının yer aldığı Türk Cəza Qanununda (TCQ) 115-ci maddəsinə dəyişiklik edilərək namaz qılmaq başda olmaqla məktəb və iş yerlərində dini ayinlərin yerinə yetirilməsi təmin olunur. Maddəyə edilən dəyişikliklə dini inancın tələblərini yerinə yetirənlərə qarşı, təhdid və ya təhqirdən istifadə edərək, ya da hüquqa zidd başqa hərəkətlə onlara mane olanlar bir ildən üç ilə qədər həbs cəzası ilə mühakimə olunacaq.

Hicaba mane olana həbs

TCQ-nin təhsil almaq və təhsil vermək hüququnun yer aldığı 112-ci maddəsinə dəyişiklik edilərək hər cür təhsil almaq və təhsil vermək fəaliyyətlərinə, şəxsin təhsil almaq və təhsil vermək hüququndan istifadə etməsinə, şagirdlərin (tələbələrin) cəm şəkildə yaşadıqları binalara girməyinə və qalmağına mane olanlara iki ildən beş ilə qədər həbs cəzasına məhkum ediləcək.

Gəzi aksiyaçılarına həbs

Qanun layihəsində həmçinin "Gəzi Parkı", "ODTÜ" və "HES" kimi həyata keçirilən etiraz aksiyalara görə cəza tədbirləri də görülüb. "Gəzi Parkı" və "ODTÜ"də olduğu kimi, ictimai quruluşlar tərəfindən icra edilən layihənin həyata keçirilməsi kimi fəaliyyətlərə mane olanlara iki ildən beş ilə qədər həbs cəzasına məhkum ediləcək.

Tarix
2013.12.06 / 14:55
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla