Yuxarı

Rusiya İranla birləşir: 20 milyardlıq razılaşma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İqtisadiyyat naziri Aleksey Ulyukayev İranla neft mübadiləsi edəcəklərini açıqlayıb.

Axar.az xəbər verir ki, rusiyalı nazir "neft qarşılığında mal" mübadiləsinin yaxın zamanlarda başlayacağını açıqlayaraq, iki ölkə arasında 20 milyard dollarlıq mübadilənin reallaşacağını bildirib: "Mövzu gündəmdədir. Avqust ayında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılaşma imzalanıb. Biz bu istiqamətdə çalışırıq. İranla neft və təbii qaz qarşılığında mal mübadiləsi imkanını təmin edən razılaşma qısa müddətdə imzalanacaq. Söhbət gündəlik 500 min barrel neft qarşılığında 20 milyard dollarlıq mal mübadiləsindən gedir".

İki ölkə arasında yerli pul vahidi ilə ticari dövriyyənin razılaşdırılacağını deyən Ulyukayev ölkəsinin bu addımı tam dəstəklədiyini bildirib: "İki ölkənin Mərkəzi bankları arasında müqavilə imzalanması gözlənilir. Əsas hədəfimiz yerli pul vahidləri ilə ticari dövriyyəni reallaşdırmaqdır. Biz bunu dəstəkləyirik".

Xatırladaq ki, bu ilin yanvarında da analoji razılıq gündəmə gəlmişdi. Lakin Qərb mətbuatında yer alan xəbərlərə görə, ABŞ neft mübadiləsinə qarşı çıxaraq bu razılaşmanın İranla aparılan nüvə danışıqlarına mənfi təsir edəcəyini bildirmişdi.

Tarix
2014.12.01 / 11:34
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla