Yuxarı

Rus diplomatı döyüldü, yaşadığı ev qarət olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eduard Limonov: "Hollandlar serblər üzərində amansız işgəncələr aparıblar"

Oktyabın 18-i Amsterdamda rus diplomatlar yaşayan ev qarət olunub. Bina səfiriliyin yanında yerləşsə də, diplomatik statusu olmadığından qorunmur. Ancaq orda olan mənzillərdə Rusiyanın diplomatik missiyasına daxil olan işçilər yaşayır.

Qeyd edək ki, Niderlandın Xarici İşlər naziri üzr istəyib və bildirib ki, polis rus səfirliyi ilə bərabər dərhal istintaqa başlayıb.

Qeyd edək ki, ötən həftə rus diplomat Dmitri Borodinin döyülməsi ölkələr arasında gərginliyə səbəb olub. Prezident Putin Hollandiya hakimiyyətindən dərhal günahkarların tapılıb cəzalandırılmasını tələb edib. Niderland polisi isə hadisədə günahkar olan polisləri cəzalandırmamağa qərar veriblər.

Birinci ruslar başladı

Oktyabrın 16-sı isə naməlum şəxslər Niderland səfirinin köməkçisi Onno Elde-ren-Boşnun evinə hücum edib, onu döyüblər. Hollandiyanın Daxili İşlər naziri Frans Timmermans Rusiyanın Xarici İşlər nazirini hadisəyə aydınlıq gətirməyə dəvət edib. Rusiya XİN-i üzr istəyib.

Limonov öz feysbuk saytında insidentlə bağlı fikrini bildirdi

Rus yazıçısı, şair, publisist, "Druqaya Rossiya" partiyasının sədri Eduard Limonov hadisəyə belə reaksiya göstərib.

O öz feysbuk saytında yazıb: "Hollandlar Rusiya ilə vendettanı davam edir. Haaqada rus diplomatlar yaşayan ev qarət olunub. Hələ sırağa gün bu məlumatı radiodan eşitdim. Lakin Hollandiyada nə üçün yaşadığı da bəlli olmayan rus qadın köks ötürərək radio dinləyicilərə hollandların necə sülhsevər olduqlarını inandırmağa çalışırdı.

Aman Allah! Bir aç internetdə bax gör necə "sülhsevər"dilər.

Onlar millət kimi və dövlətçiliyini ispanlarla mübarizədə yaradan german qolunun enerjili, acgöz və qəddar xalqıdır. Onlar hirsli protestantlardır. Kolonial imperiya olub xüsusən də İndoneziyanı qarət edən, indiki zamanda da Cənubi Amerikada Holland Qvianası adlı ərazisi olan ölkədir.

Mən əvvəl də yazmışdım ki, onlar Hitlerlə döyüşən ən böyük milli qrup olub sayları 75minə çatıb. Ən Yeni Tarixdə ABŞ-ın hərbi avantüralarında iştirak edirlər. Serblər üzərində amansız işgəncələr aparıblar. Eləcə də bu əclaflar yanvar ayında Rotterdam həbsxanasında Saşa Dolmatovu qətlə yetiriblər.

Bax belə "sülhsevər"dilər.

Tarix
2013.10.19 / 12:29
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla