Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Daha bir dövlət Fələstini tanıyacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada koalisiya partiyaları parlamentdə Fələstinin "uyğun vaxtda tanınmasını" tövsiyə edən qərar qəbul etdirməklə bağlı razılığa gəlib.

Axar.az xəbər verir ki, fransız "Le Soir" qəzetinin hökumətə yaxın mənbələrə əsaslanaraq yaydığı məlumata görə, gələn həftə parlamentdə qəbul edilməsi gözlənilən qərardan sonra hökumətin Fələstini tanımaq mövzusunda "çox gözləməyəcəyi" bildirilib.

Belçika Baş nazir yardımçısı və Xarici İşlər naziri Didier Reynders mətbuata açıqlama verərək bu istiqamətdə bir qanunun parlamentdə müzakirə ediləcəyini təsdiqləyib: "Belçika uzun müddətdir Fələstin dövlətini tanımağın tərəfdarıdır".

Nazir qarşıdakı günlərdə parlamentin bu mövzudakı fikrini ortaya qoyandan sonra ehtimal olunan tanınma barədə qərarı hökumətin verəcəyini deyib.

Xatırladaq ki, İsveç oktyabrın 30-da Fələstini tanıyan ilk AB üzvü olub. Polşa, Rumıniya, Macarıstan, Çexiya, Bolqarıstan, Slovakiya, Kipr və Malta olmaqla 8 ölkə isə AB-yə üzvlüyün astanasında Fələstini dövlət kimi tanıyıblar.

İsveçin Fələstin dövlətini tanımasından sonra İngiltərə, İrlandiya, İspaniya və Fransa parlamentlərində təsdiqlənən qərarlarla hökumətlərdən eyni addımı atmaları istənilmişdi.

Tarix
2014.12.04 / 10:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
loading...
Digər xəbərlər

Ərdoğandan NATO-ya xəbərdarlıq: Bunu etsəniz...

Yıldırım rusiyalı səfiri qəbul etdi

Koalisiyadan Afrin açıqlaması: Bizim vəzifəmiz...

Prezidentin eqoist davranışı hər kəsi çaşdırdı - Foto

Ruhani Yaxın Şərq böhranının səbəbini açıqladı

NATO-dan açıqlama: Türkiyəyə atılan raketləri...

Meksika sərhədinə divar hörməliyik - Tramp

Türkiyə tankları sərhədə topladı: Əməliyyat öncəsi...

Tillerson Bərzaniyə zəng etdi

Prezidentdən diplomatın qətli ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla