Yuxarı

“Ən yaxşı şair" intihar etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rus şairi Andrey Şiryayev Ekvadorda olarkən intihar edib. Bu haqda şairin dostları və yaxınları sosial şəbəkələrdə bildirib. Hal-hazırda şairin ölüm xəbəri rəsmi olaraq öz təsdiqini tapmayıb. Hadisənin baş vermə səbəbləri hələ məlum deyil.

Ayın 18-i Moskva vaxtilə səhər saat 9-da Feysbuk sosial şəbəkəsində də ölüm haqda status paylaşılıb. O, müasir rus şairlərinin ən yaxşılarından biri hesab edilirdi. Bildirək ki, intihar ərəfəsində o özünün növbəti kitabının nəşrini yekunlaşdırmışdı.

Məlumat üçün deyək ki, Andrey Şiryayev 1965-ci ilin 18 aprelində Qazaxıstanda anadan olub, sonra Moskvaya köçüb. 10 ildən çox idi ki Ekvadorda yaşayırdı.

Ölümdən əvvəl Şiryayevin qeydi:

"Artıq mənim vaxtımdır.

Sonuncu kitabım da artıq yazılıb. Alina, Vadim, Qivi, mənim əzizlərim , çox sağ olun. Sevdiyim insanlara xüsusilə təşəkkürlər.

Kimdənsə üzr istəməyəcəm...
Son vaxtlar keçirdiyim iki infarkt və insult mənə çoxlu xoşagəlməz anlar yaşatdı. İflicdən sonra gəzmək, düşünmək və işləmək günü-gündən çətinləşir. Beləliklə, doğrudan da vaxtdır. (gülüş işarəsi )

Həm də görüm o biri dünyada nələr var. Bəlkə də görüşdük...

Tarix
2013.10.19 / 13:52
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla