Yuxarı

Çin sualtı qayıqları ABŞ-ı blokadaya aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının hərbi-dəniz qüvvələri atom sualtı qayıqlarını uzun mənzilli "JL-2" ballistik raketləri ilə təchiz etməyə hazırlaşır.

Nəzərə almaq lazımdır ki, çinlilərin "Jin" tipli atom sualtı qayıqları ən son stels-texnologiyalar əsasında yaradılıb.

Publika.az xəbər verir ki, çinlilərin hazırlığı Amerika Birləşmiş Ştatlarını təşvişə salıb və Konqresdə müzakirələrə səbəb olub.

Hazırda Çin hərbi-dəniz qüvvələrində "Jin" tipli 3 sualtı qayıq var. 2020-ci ilədək daha 2 belə qayıq istifadəyə veriləcək.

Hər sualtı qayıqda 12 "JL-2" ballistik raket var. Bu raketlərin 7400 kilometrdən hədəfi vurmaq qabiliyyətinə malikdir.

Demək, Çin bu raketlərlə öz sahilyanı ərazilərindən Alyaska ştatını asanlıqla vura bilər. Əgər qayıqlar Yapon arxipelaqının yanında mövqe tutsalar, onda Havay adaları və daha 50 ştat bu raketlərin birbaşa hədəfində olacaq.

Hələlik sualtı qayıqlar Cənubi-Çin dənizində təlim keçir. Amerikalı ekspertləri həyəcanlandıran isə odur ki, bu sualtı qayıqlar döyüş növbəsinə çıxarkən onların yerini müəyyən etmək mümkün olmayacaq.

Tarix
2014.12.09 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla