Yuxarı

Yəhudi ekspert: “Ukrayna Qafqaz oyunlarına girməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın artıq Qafqazdakı hadisələrdə iştirak vaxtı çatıb".

Axar.az xəbər verir ki, bu sözlər əslən yəhudi olan rusiyalı politoloq Andrey Şumeleviçin analitik məqaləsində yer alıb.

O, Qafqaz probleminin ikiqat incə məsələ olduğunu bildirib:

"Putinin sayəsində Qafqaz artıq özü Ukrayna ərazisinə gəlib. Əgər Şərq incə məsələdirsə, o zaman Qafqaz ondan ikiqat daha incədir. SSRİ zamanında bütün Qafqazda və Çeçenistanda tez-tez Rusiyanın kolonial hökmranlığına qarşı narazılıq yaranırdı. Qafqazda da digər SSRİ respublikaları, o cümlədən Ukraynada olduğu kimi, dissident hərəkatları mövcud idi. Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqaz müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına nail oldu. Çeçenistanda hakimiyyətə öncə demokratik hökumət gəldi. Onlar sonra demokratik seçkilər keçirdilər, hətta Rusiya Duması tərəfindən də tanınmışdılar. Belə ki, Dudayev və Məshədov beynəlxalq hüquq, Rusiya qanunvericiliyi nöqteyi-nəzərindən tam legitim prezident idilər. Sonradan bu hökumətin yerini radikal islamçılar tutdular. Rusiya hakimiyyəti Çeçenistana birbaşa hərbi müdaxiləyə başladı. Nəticədə çeçenlər beynəlxalq aləmdə qəbul edilməyən terror aktlarından istifadəyə keçdi. Beləliklə, Rusiya və Kadırova qarşı partizan müharibəsi 20 ildir ki, dayanmır. Qafqazda sabitlik təkcə Ukraynanın yox, bütün dünyanın marağındadır. Rusiyanın son illər apardığı siyasət Qafqazda narazılığı artırır. Bunun da nəticəsində meşələrə gənclər arasından daha çox partizan axın edir. Təcrübəsizlik və ya çox zaman rus xüsusi xidmət orqanlarının təsirinə məruz qalmaq bu mübarizəni daha çox İraqdakı mübarizə formasına keçirərək liderliyin destruktiv terrorçuların əlinə keçməsinə şərait yaradır. Ukrayna hakimiyyətinə yalnız bir məsləhət verərdim. Ukraynanın artıq Qafqazdakı hadisələrdə iştirak vaxtı çatıb. Amma Ukrayna bunu ağıllı şəkildə etməlidir, yoxsa ilk addımda minaya düşər. Kiyev istənilən halda öz Qafqaz siyasətini inkişaf etdirməlidir və başqa yolu da yoxdur".

Tarix
2014.12.17 / 00:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla