Yuxarı

Kürdlər Mosulun bir addımlığında: Sincar azad edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşmərgə qüvvələri İŞİD nəzarətində olan Mosulun Sincar mahalını azad edib.

Axar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üç gün davam edən şiddətli döyüşlərdən sonra terrorçular Sincardan geri çəkilməyə məcbur olub.

Hazırda davam edən küçə döyüşlərində onlarla terrorçu məhv edilib.

Peşmərgə komandirlərindən Sefin Sincarın verdiyi məlumata görə, mahalın azad olunmasında koalisiya qüvvələri də havadan dəstək verib: "Çoxlu sayda terrorçu Mosula geri çəkilib. Geri çəkilməyən terrorçular isə mübarizəni davam etdirir. Əlavə peşmərgə qüvvələri gələrsə, İŞİD-i tamamilə məğlub edə bilərik".

Xatırladaq ki, əhalisinin əksər hissəsi yezidilərdən ibarət olan Sincar mahalı avqustun 3-dən İŞİD-in nəzarətində idi. İşğal zamanı 30 min yezidi Sincar Dağına sığınmışdı. Bundan sonra yurdundan ayrı düşən 20 min yezidi təhlükəsiz dəhlizin açılması ilə YPG qüvvələrinin nəzarəti altında İraqın Duhok əyalətinə aparılmışdı. Hazırda daha 10 min yezidinin Sincar Dağında çarəsiz vəziyyətdə qaldığı bildirilir.

Tarix
2014.12.20 / 17:20
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla