Sabunçuda açıq ərazidəki yanğın söndürüldü
15:30
Ana səhifə Planet |
Dekabrın 20-də Belçikanın Dul AES-i üzərində naməlum pilotsuz təyyarə müşahidə edilib. Xəbəri "Skay Nyus" yayıb.
Axar.az bildirir ki, Belçika prokurorluğu baş verənlər hadisəyə görə təhqiqata başlayıb.
"Dul" AES-in reaktorlarından biri dörd aylıq təmirdən sonra yalnız dünən günortaya yaxın istismara verilib.
Qeyd edək ki, reaktorun qəzalı vəziyyətə düşməsinə səbəb buxar borusundan yağın axması olmuşdu. Təhqiqatçılar bildirirlər ki, yağ qəsdən tökülüb və insidentdə terrorçuların əli olduğu ehtimal edilir.
Xatırladaq ki, əvvəllər bu kimi hallar Fransada da müşahidə edilib. 2014-cü ilin oktyabrından hüquq-mühafizə orqanları Fransa AES üzərində 20-yə yaxın pilotsuz uçan aparat qeydə alıb.
Tarix
2014.12.21 / 23:50
|
Müəllif
Təhminə C.B.
|