Yuxarı

AST Telmanın Putinin adamıyla görüşünün sirri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılov Rusiya bazarına yenidən qayıtmağa çalışır.

Axar.az xəbər verir ki, İsrail mətbuatı buna işarə kimi bir müddət öncə Azərbaycan əsilli yəhudi milyarderin Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Kojinlə görüşünü göstərib.

Belə ki, İsmayılov Rusiya şou-biznesinin əsas aparıcı şəxslərində olan Aleksandr Dostmanın ad günündə Kojinlə qarşı-qarşıya gəlib. Bütün tədbir boyunca bir yerdə olan hər iki şəxsin arasında səmimi söhbət baş tutub. Maraqlı məqam isə odur ki, ad gününü işıqlandıran jurnalistlər İsmayılovla Kojinin əsasən rublun ucuzlaşması, Rusiyanın investisiyalara ehtiyacı olması barədə danışdıqlarını söyləyiblər.

Qeyd edək ki, Telman İsmayılova Rusiyada ən ağır zərbə 2009-cu ildə Putin tərəfindən vurulmuşdu. Belə ki, milyarderin əsas gəlir mənbəyi hesab edilən Çerkizov bazarı Moskvanın istəyinə uyğun olaraq qapadılmışdı. Bundan sonra əsas biznesini Türkiyəyə köçürən İsmayılov uzun illərdir ki, Rusiyaya geri dönməyə çalışır. Ekspertlər isə onun Putinin hərbi-texniki əməkdaşlıq və Rusiya prezidentinin işlərinin idarə edilməsi üzrə köməkçisi Vladimir Kojinlə görüşməsinin də məhz hazırda yaranmış boşluqdan istifadə edərək geriyə qayıtmasına yardımçı olmasını istəməkdən ibarət olduğunu deyirlər.

Tarix
2014.12.25 / 09:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla