Yuxarı

Abbas Abbasovun təyin etdiyi prezident istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərros" daxilində baş verən proseslər və qurumdan narazılıq davam etməkdədir.

Axar.az xəbər verir ki, az öncə "Azərros"un prezidenti Asif Məhərrəmovdan narazılığın pik səviyyəyə qalxdığı və buna görə də yanvarın 17-də növbədənkənar qurultay çağırılması üçün təşəbbüs qrupunun müraciəti haqda xəbər yayıldı. Bunun ardınca isə APA "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətinə istinadla A.Məhərrəmovun artıq istefa ərizəsi yazdığı informasiyasını təsdiqləyib. A.Məhərrəmov sağlamlığı ilə əlaqədar istefa ərizəsi yazıb və "Azərros" Federal Şurasının sədri Mehriban Sadıqovaya təqdim edilib.

Görünür, növbədənkənar qurultay təşəbbüskarlarının A.Məhərrəmovla bağlı narazılığına rəhbərlikdə təmsil olunan digər şəxslərin də əlavə olunmaması üçün önləyici tədbirlər alınmasına başlanılıb.

Qeyd edək ki, "Azərros" Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qurultaya hazırlıq işləri ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə Mehriban Sadıqovaya və Asif Məhərrəmova ünvanlanan məktubda təşəbbüskarları bu addıma vadar edən səbəblərdən bəhs olunub. Onların narazılığı A.Məhərrəmovun fəaliyyəti və davranışındandır.

Xatırladaq ki, 2013-cü il yanvarın 25-də təşkilatın V qurultayı keçirilib. Qurultayda Ağsaqqallar Şurası yaradılıb. Ağsaqqallar Şurasına Abbas Abbasov sədr seçilib. A.Məhərrəmovu da prezidentliyə namizəd olaraq A.Abbasov irəli sürüb və onun təqdiqlənməsinə nail olub.

Tarix
2014.12.30 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla