Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2017


Rusiyada qorxunc təriqət üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamilə qadınları qaçıran qrup ələ keçirildi

Rusiyada qan donduran bir təriqət ortaya çıxıb. Kaluqa şəhərində hamilə və azyaşlı uşağı olan qadınları qaçırıb zorla bir evdə gizlədən, psixoloji təzyiq və işgəncələr verən şəxslər həbs edilib.

"Axar.az"ın "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi xəbərə görə, illərdir gizli fəaliyyət göstərən "Rojana" adlı təriqət üzvləri hamilə və təzə ana olmuş qadınlara tibbi xidmətlərdən yararlanmamaları təlqin ediblər. Təriqət nümayəndələrinin anaları və balaca uşaqları zorla bir evdə saxlayaraq psixoloji və fiziki işgəncə verdikləri məlum olub. Həmçinin ev şəraitində doğan bir çox qadının doğum vaxtı körpələrinin öldüyü, ya da dünyaya şikəst gəldiyi bəlli olub.

Çoxu moskvalı olan qadınlar illərlə "daça" adı verilən evdə məcburi saxlanılıblar. Həkimə getməmələri üçün beyinlərinin yuyulduğu, "seminar" adı altında mühazirələrdə pul alındığı, təriqəti tərk etmək istəyənlərinsə şantajla hədələndiyi üzə çıxıb.

Təxminən bir il yarımdır ki, axtarışda olan, beynəlxalq axtarış əmri verilən təriqətin başçısı Janna Çareqradskaya bu yaxınlarda həbs olunub. 52 yaşlı qadının cinayətləri sübut olunarsa, onu yeddi ilə qədər həbs gözləyir.

Tarix
2013.10.22 / 15:19
Müəllif
Vüsal Tağı
Şərhlər
loading...
Digər xəbərlər

Erməni nazir Saakaşvilini şərlədi

Şahzadə: İrana meydan oxumaq lazımdır

Kürd Muxtariyyətindən son qərar: prezident seçkisi...

Lavrov “kürd referendumu”na Rusiyanın mövqeyini açıqladı

“ABŞ nüvə silahlarını Cənubi Koreyaya qaytarmalıdır” – Müxalifət

Rusiya təhdid etdi: “Kanada buna görə cavab verəcək”

Avropanın yeni Kataloniyası Qərbə qarşı çıxdı

Ukrayna hakimiyyəti qanla dəyişəcək - Kurqinyan

Çexiyada kommunistlər hakimiyyətə gəlir - İddia

Yaponiya: “Şimali Koreyaya qarşı...”

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla