Ana səhifə Planet |
Gəzi parkı olaylarında öldürülən Berkin Elvanın ailəsi bəyanatla çıxış edib.
Axar.az xəbər verir ki, ailə yaşadığı faciənin hər gün siyasi gündəm olmasına üsyan edib. Elvan ailəsi övladlarının ölümü ilə bağlı işi araşdıran prokurorun radikal solçular tərəfindən götürülməsi və sonra ölməsinə dair geniş açıqlama yayıb. Geniş mətnin ana xəttini bu fikirlər təşkil edir:
"Biz yoxuq. Əgər iş açılarsa və mühakimə olarsa, iş materiallarını yalnız özümüz təqib edəcəyik. Heç bir vəkilə və ya hüquqi yardıma ehtiyacımız yoxdur. Artıq yetər".
Ailə prokuror Mehmet Kirazın və iki etirazçının öldürülməsinə görə ailələrinə başsağlığı verib və bəyan edib ki, prokurorla bağlı başsağlığına görə onları qınayanlar, xainlikdə ittiham edənlər olacaq:
"Nə deyəcəyiniz vecimizə deyil".
Tarix
2015.04.02 / 01:45
|
Müəllif
Emin Aslanlı
|