Yuxarı

Rusiya tatarların ən məşhur kanalını bağladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım tatarlarının ilk telekanalı olan ATR fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Mətbuatın iddiasına görə, televiziyanın fəaliyyətini dayandırmasına əsas səbəb Rusiyadan lisenziya ala bilməməsidir.

Televiziyanın yaradıcı olan tatar milyonçu Elzar İslyamov isə kanal bağlanmazdan öncə ona dəfələrlə yuxarıdan təzyiq edildiyini bildirib:

"Bizə deyirdilər ki, ya satacaqsan, ya da biz gəlib zorla alacağıq. Budur, onlar gəldilər, aldılar".

ATR kanalı ilə bərabər ATR media holdinqin tərkibinə daxil olan "Lalə" televiziyası, "Lider" və "Meydan" radiostansiyaları da fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Rusiya Krımı işğal edəndən sonra ATR televiziyası həddən artıq təzyiqlərə məruz qalmışdı. Bu ilin yanvarında onun binası OMON tərəfindən mühasirəyə alınmışdı.

Tarix
2015.04.02 / 09:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla