Çindən İsrailə: Dərhal hücumları dayandır!
00:57
Ana səhifə Planet |
İstanbulun Orta Doğu Texniki Universiteti yaxınlığında bir qadın sürücü dayanmadan avtomobilinin siqnalına basaraq, yolda gedən işlərə etiraz edib.
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Orta Doğu Texniki Universiteti ərazisindən keçən yolda dayanmadan siqnal verən qadın sürücünün avtomobili polis tərəfindən yolun ortasından götürülüb. Yol polisi qadın sürücüdən avtomobildən enməsini istəyib. Sürücü avtomobildən enməyərək etirazına davam etdiyinə görə hadisə yerinə evokuator çağırılıb. Qadın sürücü və həyat yoldaşı avtomobilin içində ola-ola avtomobil ərazidən uzaqlaşdırılıb.
Tarix
2013.10.23 / 09:45
|
Müəllif
Nilüfər Muğantürk
|