Yuxarı

İsveçrə Qarabağ üzrə xüsusi elçi təyin etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik Ukraynadan İsveçrəyə keçdi.

Bu, İsveçrənin ATƏT-in yaranmasından bu yana təşkilata ikinci sədrliyidir. İsveçrə Xarici İşlər naziri Didye Burxalter bu gündən etibarən ATƏT-in fəaliyyətdə olan sədri postunu ukraynalı həmkarı Leonid Kojaradan təhvil alıb. Rəsmi Bern bəyan edib ki, sədrlik müddətində İsveçrə ATƏT-in üzv ölkələrdə islahatlar və insan haqlarının qorunması sahəsində fəaliyyətini gücləndirməyə səy göstərəcək.

İsveçrədən sonra ATƏT-ə sədrlik Serbiyaya keçəcək. Belə ki, İsveçrə və Serbiya 2014 və 2015-ci illərdə ATƏT-ə növbə ilə sədrlik etmək üçün birgə ərizə veriblər. Bu, ATƏT tarixində yenilikdir. İsveçrə ATƏT-ə sədrliyi dövründə Qərbi Balkan və Cənubi Qafqaz regionlarını, o cümlədən, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasını diqqət mərkəzində saxlayacaq. Bu məqsədlə İsveçrə iki xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndələrdən biri Balkan, digəri Cənubi Qafqaz regionu üzrə işləyəcək.

İsveçrə ATƏT-də struktur islahatlarına da tərəfdardır, hesab edir ki, bu islahatlar təşkilatın böhranlı şəraitlərdə daha çevik və daha effektiv reaksiyasını təmin etməyə yönəlməlidir. İsveçrənin ATƏT-ə sədrliyi rəsmən yanvarın 16-da Vyanada təşkilatın Daimi Şurasının toplantısında başlayacaq. 2014-cü ilin dekabrında isə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı İsveçrənin Bazel şəhərində keçiriləcək.

İsveçrə ATƏT-ə ilk dəfə 1996-cı ildə sədrlik etmişdi ("Virtualaz").

Tarix
2014.01.01 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla