Yuxarı

Məhkəmə qərar verdi: sabiq prezident həbs oluna bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan məhkəməsi keçmiş baş qərargah rəisi və dövlət başçısı Pərviz Müşərrəfin sabah da məhkəmə qarşısına çıxmaması durumunda həbs olunmasına qərar verəcək.

"Axar.az"ın əldə etdiyi xəbərə görə, sabiq dövlət başçısı lazımi təhlükəsizlik tədbirlərinin görülməməsini əsas gətirərək məhkəməyə gəlməkdən imtina edib.

Vətənə xəyanət etməkdə günahlandırılan Müşərrəf ilk proses zamanı məhkəmə binasının yaxınlığında 5 kiloqram bomba yerləşdirildiyini, ikinci məhkəmə prosesi zamanı isə yarım kiloqram bomba yerləşdirildiyini iddia edərək məhkəməyə gəlməyib.

Məhkəmə daha əvvəl Müşərrəfin Baloç qəbilə rəisi Navab Əkbər Xanın ölümü ilə əlaqədar ittiham olunmasında günahsız olduğuna qərar vermişdi. Keçmiş Baş nazir Benazir Bhuttoya sui-qəsd törətməkdə və Lal Məscidi basqınından ötəri məhkəmə araşdırması başlamasına baxmayaraq həbssiz mühakimə olunmasına qərar verilmişdi.

Ötən ilin aprel ayında prezident seçkilərinə qatılmaq üçün ölkəsinə dönən Müşərrəf may ayında həbs olunmuş və təxminən yeddi ay ev həbsinə məhkum edilmişdi.

Tarix
2014.01.02 / 01:45
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla