Yuxarı

Türkiyə diplomatlarının avtomobilləri yandırıldı - FOTO

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Almaniyadakı səfirliyində çalışan iki diplomatın avtomobili yandırılıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də gecə saat 23:30 radələrində baş verib.

Berlinin Henrix Hayne prospektində bir-birindən 1 km aralıda park edilmiş diplomatların avtomobillərinin üzərinə tez alışan maddə tökülüb və qəsdən yandırılıb. Məhəllə sakinləri yanan avtomobilləri görərək yanğınsöndürənlərə məlumat veriblər. Yanğın söndürülsə də, hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Türkiyənin Almaniyadakı səfirliyi Almaniya rəsmilərindən olayın araşdırılmasını və günahkarların yaxalanmasını istəyib. Eyni zamanda səfirliyin təhlükəsizliyinin qorunmasına diqqətin artırılması da tələb olunub. Almaniya polisi olayla bağlı araşdırmaya başlayıb.

Tarix
2014.01.02 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla