Yuxarı

Rusiyanın SSRİ-dən 7 mühüm fərqi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putini "2013-ilin adamı" elan edən nüfuzlu "Forbes" jurnalı Rusiyanı SSRİ ilə müqayisə etməyin əleyhinə çıxış edib.

Bu nəşr hesab edir ki, ən azı 7 təməl fərq var ki, onları nəzərə almamaq olmaz.

1. Keçmiş sovet respublikalarının bəziləri artıq NATO və AB üzvləridir. Aydındır ki, Rusiya nəinki satellit dövlətlərdən, həmçinin, SSRİ-nin ayrılmaz tərkib hissəsi olmuş bir neçə respublikadan da məhrum olub.

2. Keçmiş SSRİ-dən fərqli olaraq, Rusiya Federasiyası daha çox ruslarındır. Qərb təmsilçiləri "rus" və "sovet" sözlərini sinonim kimi işlətməyə vərdiş eləmişdilər. Ancaq əslində belə deyildi. 80-ci illərin sonlarında ruslar SSRİ əhalisinin 50 faizini təşkil edirdilər. Hazırda isə Rusiya əhalisinin 80 faizi ruslardan ibarətdir.

3. Rusiyanın heç bir partiyası Sov.İKP kimi hakimiyyət monopoliyasına malik deyil. Düzdür, hakim "Vahid Rusiya" Partiyasının təsiri əhəmiyyətlidir. Ancaq bu qurum kompartiya ilə müqayisəyə gəlmir.

4. Rusiyada hərbi diktatura yoxdur. Keçmiş SSRİ isə tarixdə ən hərbiləşdirilmiş cəmiyyətlərdən biri idi və ÜDM-nin 20-30 faizini silahlanmaya yönəldidrdi. İndi Rusiya üçün bu rəqəm cəmisi 4-5 faizdir.

5. Rusiyanın sərbəst dönərli pul vahidi var. Bu gün o, açıq-aşkar zəif olsa da, insanlar onu sərbəst şəkildə dəyişə bilərlər. Sovet rublu üçün bu, çox problematik idi.

6. Rusiyada əsasən azad bazar iqtisadiyyatı mövcuddur. Tam təşəkkül tapmasa da, o, sovet iqtisadiyyatının çatışmazlıqlarından – dövlət subsidiyalarından dolayı inkişafdakı kənaraçıxmalardan və dövlətin aşkar diktatından əziyyət çəkmir. İstehlak mallarının qiyməti, əmək bazarı liberallaşdırılıb və iqtisadiyyatın mühüm bir hissəsi azad bazar prinsiplərinə söykənir.

7. Rusiyanın sərhədləri açıqdır. "Dəmir pərdə", insanların sərbəst hərəkəti önündə sərt maneə yoxdur. Bu gün minlərlə rusiyalı hər il heç bir problemsiz öz ölkəsini tərk edir – sadəcə, viza alıb təyyarəyə oturmaq lazımdır. ("Musavat.com")

Tarix
2014.01.03 / 00:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla