Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


İranda nazirlər parlamentə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani kabinetinin 12 naziri gələn həftə nümayəndələrin sorğu-sualına cavab vermək və hesabat üçün Parlamentə və parlament komissiyalarına çağırılıb.

Bu barədə İRNA agentliyi məlumat verir.

Parlament nümayəndələrinin hökumət nümayəndələrini ardıcıl olaraq hesabat üçün Parlamentə çağırması İran Prezidenti Həsən Ruhaninin də qınağına səbəb olub. Belə ki, Ruhani dekabrın 31-də ilk dəfə olaraq həmkarlarının parlamentə ardıcıl çağrılmasını tənqid edərək bu məsələnin onların iş rejimini pozduğunu qeyd edib.

Məlumata əsasən, indiyədək Parlament Ruhani hökumətinin 4 nazirinə ciddi xəbərdarlıq edib. Belə ki, İranın iqtisadiyyat naziri Əli Təyyibniya və Elm naziri Rza Fərəcidana parlamentdən ciddi xəbərdarlıq alıblar. İran qanunlarına görə, bir nazir parlamentdən üç dəfə xəbərdarlıq alarsa onda həmin nazir tutduğu vəzifədən uzaqlaşdırılması üçün nümayəndələr yenidən səsvermə keçirməlidir.

Məlumata əsasən, İranın daxili işlər, təhlükəsizlik, energetika, iş, elm və təhsil, sənaye və mədənlər, kənd təsərrüfatı, iqtsadiyyat,rabitə nazirləri və daha bir neçə nazir Parlamentdə hesabat verməlidir.

Ötən üç ay ərzində Ruhani hökumətinin nazirləri 277 dəfə nümayəndələr tərəfindən sorğu-sual olunub.

İran saytlarının məlumatına görə, Ruhani hökumətindən tənqidlər əsasən Üsulgəra cinahından olan nümayəndələr tərəfindən və əsasən İslam İnqilabı Sabitlik Cəbhəsi və Əhmədinejad hökumətinin tərəfdarları tərəfindən siyasi məqsədlərlə irəli sürülür. (Trend)

Tarix
2014.01.03 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Avropa Rusiyanın nəhəng layihəsini məhv etdi

ABŞ İranda qarşıdurma planı hazırlayır

ABŞ İrana qarşı koalisiya yaradır - Pompeo

Ankarada dəhşətli qatar qəzası: 4 ölü, 43 yaralı - Video

Rusiya Cənubi Qafqaz dövlətini hədələdi

Maduro: Qətlimlə bağlı planı Bolton hazırlayıb

Netanyahu Səudiyyəni müdafiə etdi - Qaşıqçı cinayəti

NATO-dan krala jest: Aktiv rol oynayır!

Türkiyədə ildırım vuran neft kəməri hansıdır? - Video

ABŞ-ın bunu etməsi qəbuledilməzdir - Akar

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla