Yuxarı

Rusiyanı şoka salan intihar: admiral özünü güllələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimal donanma komandanının sabiq müavini özünü güllələyib.

Bu gün Peterburqda Rusiyanın şimal donanmasının sabiq vitse-admiralı Yuri Ustimenko təltif silahı ilə özünü güllələyib.

Hadisə barədə əlavə məlumat verilmir.

Yuri Qavriloviç Ustimenko 19 may 1944 -cü ildə Primorski vilayətinin Vladimir qəsəbəsində anadan olub. 1967 - ci ildə Popov adına Ali hərbi - dəniz radioelektronika məktəbini bitirib. 1973 - cü ildə HDD (Hərbi Dəniz Donanması) ali xüsusi zabit kurslarını, 1978 - ci ildə isə Qreçko adına Hərbi - dəniz akademiyasını bitirib.

1984 - 1987 - ştab rəisi, Şimal donanmasının 7 - ci əməliyyat eskadra gəmisinin komandiri olub. 1992 - ci ildən Şimal donanmasının komandanının 1 - ci müavini postuna yüksəlib. 1995 - ci ildə Sankt - Peterburqa HDD - sının Ali xüsusi siniflərinə rəis dəyişilib. Misir, Anqola, Somali, Yəmən Vyetnam, Seyşel adaları, Qırmızı dəniz və Fars görfəzində hissəvi döyüşlərdə və hərbi qarşıdurmalarda iştirak edib.

Yuri Ustimenko "SSSR HX - də vətənə qulluğa görə" ordeni ilə, medallarla, şəxsi silahla və xarici medallarla təltif edilib.

Y.Ustimenko hərbi elmlər doktoru, professor, SSSR - nin fəxri radisti, SSSR hərbi donanmasının fəxri işçisi idi. ("AzNews.az")

Tarix
2014.01.04 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla