Yuxarı

ABŞ AKP-ni devirmək planı hazırlayıbmı? – Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin sözcüsü Mari Harf Türkiyədə keçirilən böyük rüşvət əməliyyatıyla bağlı ABŞ-a qarşı yönəlmiş ittihamlarla cavab verib.

"Axar.az" türk mediasına istinadən xəbər verir ki, Dövlət katibinin sözçüsü bu iddiaları "tamamən əsassız" adlandırıb:

"Amerikalı rəsmilər haqda bu cür iddialara dair narahatçılığımızı Türkiyə rəsmilərinə çatdırdıq. Bu fikirlərin heç bir əsası yoxdur".

Harf keçirilən brifinqdə verilən suallara cavab əsnasında deyib ki, rüşvət əməliyyatları çərçivəsində davam edən istintaq-sorğulama işini diqqətlə izləyirlər:

"Söz və mətbuat azadlığı, istintaq müddəti, ədalətli qərarlar çıxarılması mövzusunda narahatlıq keçiririk və illərdir Türkiyə hökumətinə bu haqda fikirlərimizi çatdırırıq".

Harf fikirlərinə bunu əlavə edib: "Türkiyə ilə yaxın münasibətlərimiz olduğunu söyləməkdən artıq bir şey deyə bilmərəm. Uygun gördüyümüz vaxt bu mövzuları gündəmə gətirməyə davam edəcəyik. Bütün hallarda bu, Türkiyənin daxili işidir. Biz yalnız bu hadisələri kənardan izləyə bilərik".

Brifinqdə Dövlət katibinin sözçüsü jurnalistlərdən birinin verdiyi: "Baş nazir Ərdoğan rüşvət əməliyyatlarının aprel ayında ABŞ-da hazırlanan bir plan olduğunu deyib. ABŞ olaraq həqiqətənmi AKP hökumətini devirmək üçün belə bir plan hazırlayıbsınız?" – sualına cavabında deyib:

"Qəti olaraq "yox" deyirəm. Bu iddiaları da əsassız sayırıq. Amerikalı rəsmilər haqda bu cür iddialarla bağlı narahatlığımızı da türk rəsmilərinə çatdırmışıq. Bir daha təkrar edirəm ki, bu, Türkiyənin daxili işidir".

Tarix
2014.01.04 / 15:30
Müəllif
Alpər Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla