Yuxarı

Tehranın köçürülməsi ilə əlaqədar işçi qrup yaradıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran paytaxtının başqa bir əraziyə köçürülməsi prosesi ilə əlaqədar işçi qrup yaradılıb. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bildirib ki, paytaxtın köçürülməsi planı hələlik araşdırılma mərhələsindədir: "Hazırda ölkə parlamenti ilə hökumət birgə işçi qrupu yaradıblar. Bu planı qısa müddətdə həyata keçirmək mümkün deyil. Plan yalnız uzun müddətə reallaşa bilər".

Nazir hələlik yeni paytaxtın hansı şəhər olacağı mövzusunda da qərar verilmədiyini deyib.

Qeyd edək ki, ötən il dekabrın 24-də İran parlamenti ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsini nəzərdə tutan planı təsdiqləyib. Plan yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur.

Tarix
2014.01.04 / 18:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək - Paşinyan

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla