Axar.az
Yuxarı
10 Dekabr 2016


Yazarın Ərdoğana 10 məşhur sualı – “Hürriyyət”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hürriyyət" qəzetinin yazarı Əhməd Hakan Baş nazir Ərdoğana maraqlı suallar ünvanlayıb.

Dolmabaxça sarayında keçirilən mətbuat konfransına dəvət olunmayan Əhməd Hakan "Orda olsaydım, bu sualları verərdim" başlığı altında 10 sual yazıb.

"Hürriyyət" yazarının suallarını təqdim edirik.

1. Yeni HSYK-ı ortaya çıxaran 12 sentyabr referandumunun dərhal ardından, "Okeanın o tayına təşəkkür" etdiniz. Bundan peşmansınızmı?

2. "Dövlət içində dövlət qurmaq istəyən şəbəkə var" dediniz. Bu şəbəkənin dövlətin içinə daxil olmasına sizmi şərait yaratdınız? Əgər bunu siz etmədinizsə, bu hadisələr baş verərkən siz nə etdiniz?

3. Ergenekon və Balyoz istintaqında "mən bu iddiaların prokuroruyam" deyirdiniz ... İndi vəkilmi oldunuz? Cavabınız "hə"dirsə, niyə?

4. Hazırda aparılan istintaq əməliyyatına güvənə bilərikmi?

5. O ayaqqabı qutuları, rüşvət, reaktivlər, qol saatları necə olacaq?

6. Amerika səfirinə "çıxın gedin" dediniz. Niyə bunu təkrarlamadınız?

7. Planınız nədir? Bu ölkədə bundan sonra "müstəqil məhkəmə" olacaqmı? Əgər olacaqsa, bu "müstəqil mühakimə", hakimiyyət adamlarının yaxınlarının ifadələrini almaq mümkün olacaqmı? Yoxsa "Yeni Türkiyədə" bu adamlar "toxunulmaz" sayılacaq?

8. "TIR" nə məsələdir? Türkiyə Suriyaya silahmı göndərir? Əgər göndərirsə, kimə və niyə bu iş gizlin aparılır?

9. Əgər ortada "rüşvət" varsa və bu iddiaların heç biri etibarlı deyilsə, niyə nazirlər istefa verdi, yoxsa siz onları qurbanmı verdiniz?

10. Bundan sonra Türkiyədə "qüvvələrarası ayrı-seçkilik necə olacaq?" Əgər qüvvələr birləşəcəksə, bunlar sizin ətrafınızda bir araya gələcək?

Orada olsaydım, bunları soruşardım. Belə düşünürəm ki, bu sualları verə biləcəyim üçün mən orda deyildim…

Tarix
2014.01.06 / 09:20
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Yakutiyada həyat dondu - Fotolar

Fransada fövqəladə vəziyyət uzadıla bilər

Rusiyada ağır qəza: 7 ölü, 7 yaralı

Bu mobil telefonların hamısı məcburi söndürüləcək

Zurabyan: “Ermənistanda hökumət yoxdur”

Türkiyədə seçkilərin vaxtı açıqlandı

Fransa qazax bankiri Rusiyaya verməkdən imtina etdi

ABŞ-dan Yaxın Şərqə: “Bizdən başqa...”

Serb liderdən şok: “İŞİD layihəsinin müəllifi odur…”

Türkiyə NATO-ya Rusiya tərəfdarlarını göndərir

KULT
<>
Xəbər xətti
 
SORĞU
Rusiya Qarabağ konfliktinin ədalətli həllini istəyirmi?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla