Yuxarı

"Qütb dəliyi" ABŞ-ı diz çökdürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının bir neçə ştatında "Qütb dəliyi" adlanan soyuq cərəyanın təsiri nəticəsində rekord şaxta hökm sürür.

Associated Press-in məlumatına görə, ölkənin şimal-şərq hissəsində və Kanadanın Amerika ilə sərhədində qarın hündürlüyü 60 santimetrə çatıb. Hər iki ölkədə şaxtadan ölənlərin sayı ümumilikdə 16 nəfərə çatıb.

Şimali və Cənubi Dakota, Miçiqan, Missuri, Nyu-York, Montana, Alabama ştatlarında şaxta və qar həyatı iflic edib. Çikaqoda qarın hündürlüyü 30, Miçiqanda isə 40 santimetrə çatıb. Minnesota, Viskonsin, İllinoys, İndiana və Ayova ştatlarında məktəblər bağlanıb. Buzlaşma səbəbindən yolların əksəriyyəti bağlanıb, sakinlərə evdən çıxmamaq tövsiyə edilib. Nyu-Yorkda çovğun və buzlaşma yol qəzalarının sayını artırıb.

Şaxta və qar hava limanlarının işinə də təsir edib. Şənbə günündən bəri 4000-ə yaxın aviareys təxirə salınıb. Nyu-York şəhərində Kanadanın Toronto şəhərindən uçan təyyarə Con Kennedi hava limanında sürüşərək, taksi zolağına düşüb. Xəsarət alan olmasa da, buzlaşma ilə əlaqədar hava limanının işi bir müddət dayandırılıb.

Kolorado ştatında isə kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Ştat rəsmilərinin verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər isə xəsarət alıb. Qəzaya səbəb uçuş-enmə zolağının qarlı havalarla əlaqədar sürüşkən olması olub.

Amerika Birləşmiş Ştatlarının şimal və mərkəz bölgələrində temperaturun -51 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır. Bu cür soyuqların səbəbi saat əqrəbi istiqamətində hərəkət edən və "Qütb dəliyi" adlandırılan soyuq cərəyandır. ABŞ Meteoroloji Xidmətinin məlumatına görə, ölkədə sonuncu dəfə bu cür Arktik soyuqlar 1994-cü ildə müşahidə edilmişdi (ANS).

Tarix
2014.01.06 / 10:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla