Yuxarı

Kürdlər İraq ordu gününü boykot etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Regional Kürd Rəhbərliyi 6 yanvar İraq ordusu gününü boykot edib.

"Axar.az"ın Cihan xəbər agentliyinə istinadən xəbərinə görə, İraq hər il ordunun yaranma gününü rəsmi olaraq qeyd edir.

Regional Kürd Rəhbərliyi və Anfal Nazirliyi kürdlərə qarşı qırğın törədən bir ordunun bayramını qeyd etməyəcəklərini bildirib.

Şəhid İşləri və Anfal naziri Aram Əhməd mətbuata verdiyi açıqlamada 6 yanvar İraq ordusu gününü boykot etdiklərini və nazirliyin bütün işçilərinin bu gün normal qaydada işlərinə davam etdiklərini deyib.

Əhməd: "İraq ordusu kürdlərə qarşı qırğın edib. Hələbdə 50 min insanımızı kimyəvi bombalarla məhv edib. 182 nəfəri diri-diri torpaqlara basdıran bir ordunun ildönümünü bayram etməyimiz şəhidlərimizə qarşı hörmətsizlik olar".

Digər tərəfdən İraq ordu gününü boykot edən Şəhid İşləri Nazirliyi nazirliyin həyətində İraq ordusunun törətdiyi qırğınları nümayiş etdirən fotoların sərgisini keçirib.

Tarix
2014.01.06 / 19:56
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla