Yuxarı

Ən qədim eşq şeirinin müəllif qadın olub - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1889-cu ildə Bağdadın 150 kilometr uzaqlığında Şumer şəhəri Nippurda bir daş lövhə tapıldı. 1951-ci ildə isə amerikalı şumeroloq Samuel Noa Kramerin İstanbula gəldi və arxeologiya muzeyində Şumer daş lövhələri üzərində işə başladı. Yazının ilk nümunələri olan Şumer lövhələrini araşdırmağa başlayan Kramer bu daş lövhəni oxudu. Eyni dövrdə lövhəni Türkiyənin şumeroloqu Muazzez İlmiyə də türkcəyə çevirdi.

Bizim eradan əvvəl (b.e.ə) XVIII əsrə aid edilən, yəni təxminən 4000 illik "Ən Qədim Babil Dövrü"nə aid bu mixi yazı (kitabə) dünyanın ən qədim eşq şeiri olaraq qəbul edilir.

Şeiri yazan bir qadındır. Bu daş lövhə arxeologiyanın tapıb ortaya çıxardığı ilk yazılı sevgi şeiridir. Bu yazılı eşq şeiri təxminən 60 ildir ki, İstanbuldadır.

Ən qədim eşq şeirini tarixi

Şumer inancına görə, Şumer kralının hər il torpağın bərəkətini və məhsuldarlığını təmin etmək məqsədilə bərəkət və eşq ilahəsi İnannanın yerinə bir rahibə ilə evlənməsi müqəddəs vəzifə idi.

Bu şeir, böyük ehtimalla Şumer kralı Şuşin üçün seçilmiş bir gəlin tərəfindən yazılıb.

Şeir

Kürəkən, ürəyimin sevgilisi,
Gözəlliyin böyük, baldan şirindir.
Aslanım, ürəyimin var-yoxu,
Gözəlliyin böyük, baldan şirindir.

Mənim sığallarım baldan şirindir,
Yataq otağımız baldır ləbələb.
Zövq alaq sənin gözəlliyinlə,
Qoy səni oxşayım, mənim aslanım.

Mənim sığallarım baldan şirindir,
Ey kürəkənim, məndən zövq aldın.
Söyləsən, atam-anam
sənə gözəl şeylər verəcək,
hədiyyələr verəcək,
Məni sevdiyin üçün.

Lütf elə mənə sığallarını,
Mənim Tanrım, qoruyucum.
Tanrı İnannanın ürəyini məmnun edən
Şuşinim,
Lütf elə mənə sığallarını...

Tarix
2014.01.06 / 22:32
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla