Yuxarı

Qədim insanlar heç də nəhəng deyilmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mərmərə bölgəsində qazıntı işləri nəticəsində tapılan qədim zamanlara aid sümük və kəllə sümükləri araşdırılaraq, o dövrdə yaşayan insanların fiziki strukturu və ictimai həyatlarıyla əlaqədar əhəmiyyətli nəticələrin əldə olunmasına imkan verib.

İstanbul Tarixi Yarımada Tətbiq və Araşdırma Mərkəzi Bioloji Material Araşdırma Komissiyasının rəhbəri Mehmet Görgülü Mərmərə qazıntılarında tapılan min illik skeletlər üzərində aparılan araşdırmanın maraqlı nəticələr verdiyini bildirib:

"Araşdırmalarda Yeniqapıda yaşayan insanların yaxşı bir qidalanmaya sahib olduğu müəyyən olundu. Biz bunlara "Yeniqapı cəmiyyəti" deyirik. Qeyd edək ki, Anadolunun müxtəlif yerlərində aparılan qazıntılarda tapılan skeletlər üzərindəki araşdırmalar bəslənmə mövzusunda ciddi çətinliklər olduğunu sübuta yetirmişdi.

Xalq arasında qədim insanların nəhəng və iri olduqları barədə fikir formalaşıb, amma biz araşdırmalarda bu inancın doğru olmadığını gördük. Fiziki quruluşca bu insanların orta boylu olduğu müəyyən olunub. Qadınlar 1.58-1.59 sm, kişilər isə 1.60-1.68 sm ölçüsündə olublar.

O dövrlərdə uşaq ölümlərinin sayca daha çox olduğu məlumatına yiyələndik. Xeyli uşaq skeleti vardı. O dövrün tibbi şərtləri, infeksiya xəstəlikləri, təbii fəlakətlər, ekoloji faktorlar, uşaq ölümlərinin çox olmasına gətirib çıxarırmış. Uşaq skeletlərinin ortalama 13 yaş ətrafı, yetkin insanların yaşam müddətlərinin isə 30-35 yaş arası dəyişdiyi məlum oldu".

Tarix
2014.01.07 / 01:00
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla