Yuxarı

Ərdoğan İrana gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gələn ay İrana səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyi sözcüsü Mərziyə Efhem təşkil edilən mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə ilə İran arasındakı müzakirələr yeni bir dövrə qədəm qoyub. Ərdoğan səfəri bununla bağlıdır.

Cenevrə-2 konfransına qatıla bilmək üçün İrana şərt qoyulmasına da münasibət bildirən Efhem Suriya məsələsinin siyasi yolla həll edilməsi lazım olduğuna inandıqlarını deyib. Sözcü Suriya ilə yaxın əlaqədə olan İranın məsələnin həll edilməsi üçün müxtəlif əlaqələr quraraq danışıqları davam etdirdiyini söyləyib.

"Türkiyədə korrupsiya iddiaları çərçivəsində bir iranlının həbs olunması məsələsi ilə bağlı hansısa danışıqlar aparılırmı?" sualına da cavab verən Efhem bu məsələni müzakirə mövzusu olmadığını deyib. O bildirib ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfəri zamanı başda ikitərəfli əlaqələr olmaq üzrə regional və Suriya məsələləri ilə bağlı müzakirələr aparıb. (ANS)

Tarix
2014.01.07 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla