Rusiyada daha 10 qəsəbə su altında qaldı
00:10
Ana səhifə Planet |
17 dekabrda həyata keçirilən rüşvət əməliyyatı çərçivəsində həbs edilən Rza Zərrabın həyat yoldaşı Əbru Gündəş prokurorla görüşüb.
"Axar.az"ın "Hürriyyet.com"a istinadən məlumatına görə, prokurorla sənətçinin görüşü yarım saat çəkib.
Digər tərəfdən Zərrabın vəkili Şeyda Yıldırım isə saat 14.00 radələrində Gündəşə aid cip markalı avtomobil ilə Metris həbsxanasına gələrək Zərrab ilə 1 saat yarım görüş keçirib.
Gündəşin sürücüsü avtomobili vəkil İldırımın mətbuat nümayəndələri tərəfindən görüntülənməməsi üçün həbsxananın giriş qapısında saxlayıb. Yıldırım hər hansı bir açıqlama vermədən həbsxanadan ayrılıb.
Bundan əlavə Əbru Gündəş Baş prokuror ilə görüşündən sonra başqa bir avtomobil ilə həbsxanaya gələrək Zərrabla görüşüb.
Tarix
2014.01.07 / 20:26
|
Müəllif
Pərviz Həsənov
|