Yuxarı

Amerikadan Türkiyəyə qadağa – Fərman

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi terrorla mübarizə idarəsi bir türk şirkətinin iki "Boinq" təyyarə mühərrikini İrana satmasına qarşı qərar qəbul edib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazirliyin saytında da yayımlanan qərarın imza tarixinin 3 yanvar olduğu və ikinci əl mühərriklərin təsliminin bu gün edilməsinin gözlənildiyi bildirilib. Qərarda alıcı şirkət olaraq isə İrana məxsus Pouya Hava Yollarının adı hallanır.

İrana "Boinq" mühərriklərini satan türk şirkəti 3 K Hava və Lojistikin müdiri Engin Borluca "Assosayted Press"ə verdiyi açıqlamada ABŞ-ın məhdudlaşdırmalarının ABŞ xaricində həyata keçirilən alış-verişleri də əhatə etdiyini bilmədiyini və şirkətinin məsələni həll etməyə çalışdığını söyləyib. Borluca qeyd edib ki, ABŞ-ın bu addımı şirkətə böyük ziyan vuracaq.

Ticarət nazirinin müavini David Millsin imzası ilə verilən fərmanında 3 K və Pouya ilə birlikdə, mühərrikləri Türkiyəyə göndərdiyi bildirilən "Adaero İnternational Trade" adlı şirkətə də ağır cəza tətbiq ediləcəyi qeyd olunur. Qərara görə, şirkətlər 180 gün ərzində ABŞ-ın nəzarət siyahısında olan hər hansı bir məhsulun ticarətini edə bilməyəcək. Həm də banklar daxil olmaqla, digər şirkətlər də həmin şirkətləri maliyyələşdirə bilməyəcəklər.

"Adaero İnternational Trade" və Pouya Hava Yollarından məsələ ilə bağlı hələ açıqlama verilməyib.

Tarix
2014.01.08 / 08:15
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla