Yuxarı

Bu ölümlərə güləsən, yoxsa ağlayasan?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün onlarla insanın ölüm xəbərini eşidirik. Bu xəbərlərin nə qədər təsiredici olması bəzən ölümlərin formasına görə də dəyişir. Bu dəfə təqdim etdiyimiz insan ölümləri kifayət qədər qəribə və ağlasığmazdır.

1. İstanbulda bir nəfər mədəsinə gedən ağcaqanadı öldürmək üçün ağızına böcəyə qarşı sprey vuraraq ölüb.

2. Biri gündüz, biri gecə növbəsində olmaqla ata və oğul eyni iş yerində çalışırmış. Onlardan biri mopetlə işə gedərkən digəri eyni adlı nəqliyyat vasitəsilə işdən qayıdırmış. Ata ilə oğul sərt bir döngədə qarşılaşır və bir-birlərinə salam vermək istəyərkən mopetdən yıxılaraq ölüblər. Hadisə Konyada baş verib.

3. Dülgər emalatxansında çalışan işçilər iş vaxtının bitdiyində üzərlərindəki talaşaları kompressorla təmizləməyə başlayıblar. Bu vaxt iş yoldaşına yardım edən Əli zarafat etmək niyyətiylə, hava vuran kompressoru Bürhana doğru tutub. Bu zarafatdan xoşlanmayan Bürhan "zarafat elə olmaz, belə olar" deyərək "hava tapançası"nı götürüb və iş yoldaşı Əlinin arxasına itələyib. Bağırsaqları partlayan Əli xəstəxanaya aparılarkən dünyasını dəyişib.

4. Yoldaşlarıyla mərc edərək başıyla mərmər bloku qırmağa çalışan karateçi mərmər yerinə başını qırıb. Az sonra kareteçi aldığı beyin zədəsi nəticəsində ölüb.

5. Dənizçilik sahəsində işləyən 3 gəmi mühəndisi kimsəyə xəbər vermədən buxar qazanına girib. Oradan keçən bir adam "bu qapaq niyə belə açıq qalıb" deyərək qazanın qapağını bağlayıb. Bir qədər sonra gəmi səfərə çıxıb və qazanın içindəki mühəndislər boğularaq ölüb.

6. Bir çox insan yol qəzasından yaralı olaraq qurtulub xəstəxanaya aparılarkən təcili yardım maşınının qəza etməsi nəticəsində ölüb. Bu hadisə bir çox yerlərdə baş verib.

7. Elektrik dirəyinə söykənib ayaqqabısının içinə girən xırda daşı ayağını silkələyərək çıxarmağa çalışan bir adamı gözünüzün önünə gətirin. Köməksevər bir insan ayaqqabısından daş çıxarmağa çalışan adamı, cərəyan vurduğunu ehtimal edib. Yardımsevər şəxs həmin adamı cərəyan vurmasından xilas etmək üçün başına və kürəyinə zərbələr endirib. Adam aldığı zərbələrdən dünyasını dəyişib. Hadisə Türkiyənin Tunca kəndində baş verib.

Tarix
2014.01.16 / 08:00
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla