Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Planet |
İran Neft Nazirliyi Böyük Britaniyanın iki böyük neft şirkəti – "Shell" və BP-ni rəsmən İranda fəaliyyətə dəvət edib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki,, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Hər iki şirkətə İranın neft naziri Bijan Zangənə (Bijen Zengene) tərəfindən rəsmi dəvət göndərilib.
Məlumatda qeyd olunub ki, 2013-cü ilin dekabrında OPEC-in Vyanada keçirilən toplantısında İranın neft naziri Norveçin "Statoil Hydro", İtaliyanın "Eni", Fransanın "Total", ABŞ-ın "Exxon Mobil" və "ConocoPhilips", Avstriyanın OMV və İsveçrənin "Vitol" şirkətləri ilə müzakirələr apararaq onları İrana dəvət edib.
Agentliyin xəbərinə görə, "Shell"və BP-nin İrana 2 mlrd. dollar borcu mövcuddur.
Tarix
2014.01.18 / 20:02
|
Müəllif
Axar.az
|