Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Dünyada turistlərin sayı 5 faiz artıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə dünyada turistlərin sayı 1 milyard 87 milyon nəfərə çatıb ki, bu da 2012-ci ilin göstəricisindən 5 faiz çoxdur. Bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai deyib.

Onun sözlərinə görə, ən böyük turizm artımı ötən il 563 milyon nəfərin səfər etdiyi Avropa ölkələrində qeydə alınıb. Bu, 2012-ci ilin göstəricisindən 29 milyon nəfər çoxdur.

Sakit okean regionu və Afrikada da artım müşahidə olunub.

Baş katib bildirib ki, iqtisadi böhranın nəticələrini yaşayan Cənubi Avropa ölkələri daha çox əcnəbi turist qəbul ediblər: "Məsələn, ötən il İspaniya ən çox turist qəbul edən ölkələrin siyahısında Çini ötərək ABŞ və Fransadan sonra üçüncü pilləyə yüksəlib. İspaniyada turizm 5 faiz artıb və 60 milyon nəfəri ötüb".

Səyahətə ən çox pul xərcləyənlər isə çinli turistlərdir. Onlar xarici ölkələrdə 75,2 milyard avro xərcləyiblər ki, bu da 2012-ci illə müqayisədə 28 faiz çoxdur.

2014-cü ilin proqnozlarına gəlincə, T.Rifai dünyada turizm sahəsində artımın 4-5 faiz təşkil edəcəyinə əmin olduğunu deyib (Trend) .

Tarix
2014.01.21 / 08:10
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Meksika sərhədinə divar hörməliyik - Tramp

Türkiyə tankları Suriya sərhədinə topladı: Əməliyyat öncəsi...

Tillerson Bərzaniyə zəng etdi

Prezidentdən diplomatın qətli ilə bağlı açıqlama

Katalon lider Madridə söz verdi: Sadiq qalacağam

Körfəzin ən böyük banklarından biri Türkiyəyə gəlir

Medvedyev bitkoindən danışdı: Bir neçə il ərzində...

AB-dən Rusiya ilə bağlı açıqlama: Ləğv etməyəcəyik

Gürcülər Rusiyanı ABŞ-dan güclü hesab edir

Lavrov Zərifə zəng etdi: Xəzər dənizi...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla