Yuxarı

Tayms: “Ərdoğan siyasətin Hudinisidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin nüfuzlu "Tayms" dərgisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məşhur illüzionists Harri Hudini ilə müqayisə edib.

Axar.az xəbər verir ki, dünən Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərinə toxunan qəzet Ərdoğanın inamlı qələbəsinin gözlənilməz olduğunu etiraf edib:

"O, yenidən küncə sıxılmış halda seçkiləri qazandı. Seçki nəticələrini bəyənmədiyi üçün beş ay sonra qumar oynayıb ikinci seçki qərarını verərkən gülüş, hirs və şübhəylə qarşılandı. Onun bu qədər qısa müddətdə nəticələri dəyişdirə, kürdlərdən və millətçilərdən səsləri geri alaraq qələbə qazanacağına heç kim inanmırdı. Nəticələr liberallar üçün yaxşı sayılmaz. Amma sabitlik axtaran investorlar üçün bu, yaxşı xəbərdir. İndi məsələ Ərdoğanın praqmatik dövrlərə qayıdacağı, yoxsa son dövrlərdəki kimi qütbləşdirici siyasətini davam etdirməsidir. Bəlkə zəfər əldə etdiyinə görə son bir neçə ay ərzində içindəki kinli paranoyanı yüngülləşdirə bilər. Ərdoğan uzun müddətli oynayır. O, 2023-cü ildə cümhuriyyətin 100-cü il dönümündə icra səlahiyyətlərinə malik bir prezident olmaq istəyir. Dünən səhərə qədər bu, boş xəyal kimi görünürdü. Amma axşam tam reallığa çevrildi. Ərdoğan siyasətin Hudinisidir".

Məlumat üçün bildirək ki, ABŞ-ın Viskonsin ştatında yaşayan Hudini Budapeştdə ravvin ailəsində anadan olub. O, 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlayıb. 1900-cü ildə Avropa turu zamanı "Canlı filin yox olması" tryuku ilə dünya şöhrəti qazanıb. 1908-ci ildə Rusiyaya qastrolu zamanı o, Butırka həbsxanası və Petropavlovsk qalasındakı ölümə məhkum olunmuş məhbusların kamerasından xilas olunmasını nümayiş etdirib. Huduni ABŞ prezidenti Teodor Ruzveltlə çox yaxın dost olub.

Harri Hudini 1926-cı ildə müəmmalı şəkildə vəfat edib.

Tarix
2015.11.02 / 17:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla