Yuxarı

Serbiya odla su arasında qalıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya ABŞ liderliyindəki NATO təlimlərinə Rusiya silahları ilə qatılır.

Axar.az xəbər verir ki, ölkənin Baş naziri Aleksandr Vucic ötən həftə Moskva səfərində iki ölkə arasında silah satışını nəzərdə tutan müqavilə imzalayıb. Vucic Xorvatiyanın yeni ağır silahlar istehsal etdiyini xatırladaraq, silah razılaşmasının bölgədə təhlükəsizlik tarazlığının qorunmasını təmin edəcəyini deyib.

Digər tərəfdən, serb hərbi birlikləri ABŞ-ın liderliyi ilə Almaniyada keçiriləcək NATO təlimlərinə hazırlaşır. Təlimlərə qoşulmaqla Serbiya 2007-ci ildə qəbul etdiyi tərəfsizlik doktrinası çərçivəsində Rusiya və Qərb arasında tarazlıq siyasəti yürütdüyünü göstərməyə çalışır.

Ancaq mütəxəssislər Belqradın bu strategiyasının uzun müddətli olmayacağı qənaətindədir. "Balkan İnsayd" saytına danışan hərbi mütəxəssis Zoran Draqisic Belqradın iki kürsüyə eyni vaxtda oturmağa çalışdığını deyib:

"Serb səlahiyyətlilər AB-yə üzvlüyün ölkənin strateji hədəfi olaraq qalmağa davam etdiyini həmişə Rusiyaya deyib. Ancaq Serbiya hələ AB üzvü deyil və bu səbəbdən iki kürsüyə birdən oturmağa çalışır. Bu siyasətin uzun müddətli olmayacağını düşünürəm. Çox yaxın vaxtlarda bir tərəfi seçmək məcburiyyətində qalacağıq".

Serbiyanın NATO təlimlərinə rus silahları ilə qatılacağını deyən ekspert təlimlərdə iştirak edən əksər ölkələrin hərbi invertarında rus silahları olduğunu deyib:

"Varşava Paktına üzv olan bəzi NATO ölkələri hələ də Rusiya istehsalı olan silahlardan istifadə edir. Bu silahların dəyişdirilməsi həm baha başa gələr, həm də çox vaxt aparar. Bolqarıstan, Macarıstan və Çexiya bu prosesi hələ tamamlaya bilməyib".

Serb hərbi ekspert Aleksandr Radic isə Rusiya ilə imzalanan silah müqaviləsinin Belqrad-Brüssel əlaqələrinə pis təsir etməyəcəyini proqnozlaşdırır:

"AB ilə əlaqələrimizin pisləşəcəyini düşünmək üçün bir səbəb yoxdur. Çünki Serbiya hərbi təlimlər və avadanlıq mövzusunda NATO ilə daha çox əməkdaşlıq edir".

Tarix
2015.11.02 / 20:09
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla