Yuxarı

KQB-nin dünyaca məşhur agenti öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ KQB-sinin (Dövlət Təhlükəsizlik Komitəsi - DTK) dünyaca məşhur kəşfiyyatçısı Aleksey Kozlov 80 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici Kəşfiyyat İdarəsinin mətbuat katibi Sergey İvanov söyləyib.

Qeyd edək ki, Kozlov 1962-ci ildən etibarən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin casusu olub. Kozlov Qərbi Avropa, Yaxın Şərq və Afrikada casusluq fəaliyyəti göstərib. İlk dəfə 1970-ci ildə Cənubi Afrika Respublikasının indiki Namibiya ərazisində məxfi atom bombası sınaqları keçirdiyi haqqında informasiyanı KQB-yə verib. O zaman CAR atom bombasının hazırlığını İsraillə birgə həyata keçirirdi.

Bir müddət sonra o həbs edilib və ona dəhşətli işgəncələr verilib. Kozlov o zaman Böyük Britaniyaya satılan keçmiş KQB agenti Oleq Qordiyevskinin məlumatları sayəsində ələ keçib.

SSRİ-nin apardığı danışıqlardan sonra Almaniya Federativ Respublikasının vasitəsilə 11 casus qarşılığında Kozlov geri alınıb. Təhvil verilən 11 nəfərdən 10-u AFR, 1-i isə CAR zabiti olub. Məhz Kozlovun sayəsində sonradan SSRİ ABŞ və digər ölkələrə CAR-ın nüvə sistemi ilə bağlı təzyiqlər etməyi bacarıb. Nəticədə CAR-a qarşı embarqo tətbiq olunub və o bir müddət sonra atom bombasından rəsmən imtina edib.

Tarix
2015.11.03 / 15:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla