Yuxarı

Vətəndaşlığı pulla alınan ölkələr – Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada bir çox ölkələr mövcuddur ki, pul qarşılığında vətəndaşlıq verirlər.

Axar.az Ann.az-a istinadən həmin ölkələrin siyahısını təqdim edir:

1. Malta

650 min avro qarşılığında Malta dövləti vətəndaşlıq vermək haqqını tanıyır. Avropa Birliyi vətəndaşı və Şengen bölgəsində olma şansı, ABŞ ilə viza razılaşması Maltanı digər ölkələrdən fərqləndirir.

2. Sinqapur

Sinqapur vətəndaşlığı üçün 2 milyon dollar tələb olunur. Lakin illik 160 milyon dollarlıq çek hesabınız varsa, buna sahib olmaq mümkündür.

3. Avstriya

Avstriyada pul qarşılığında vətəndaşlıq verməklə bağlı rəqəm bir çox adam üçün gizli tutulur. Hətta bunun üçün pul xaricində insanlardan qeyri-adi bir qabiliyyət və ya müvəffəqiyyət kimi maraqlı istəklər də tələb olunur.

4. Belçika

Bu ölkənin vətəndaşı olmaq üçün ən az 3 il Belçikada yaşamaq lazımdır. Şərt yerinə yetirildikdə dövlət tərəfindən sizin üçün təyin olunan bir miqdar pul qarşılığında Belçika vətəndaşı olmaq mümkünüdür.

5. Cənubi Kipr

Rəsmi olaraq tanınmasa da, Avropa Birliyi üzvü olan Kipr Rum seqmentinin vətəndaşlıq haqqı üçün tələb etdiyi pul 3 milyon avrodur.

6. Çernoqoriya

Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan bu kiçik Balkan ölkəsinin vətəndaşı olmaq üçün 500 min avro tələb olunur.

7. Antiqua və Barbuda

Qəraib dənizinin şərqində, Kiçik Antil ada qrupundakı müstəqil bir ada ölkəsi olan Antiqua və Barbuda vətəndaşlığı üçün 400 min dollar yetərlidir.

8. Dominika

Kiçik Antillerdə bir ada dövləti və rəsmi dili ingilis dili olan Dominika vətəndaşlıq haqqı üçün birbaşa pul istəmir. Dominikada 100 min dollar qarşılığında investisiya qoymaqla vətəndaşlıq mümkündür.

9. Dominikan Respublikası

Bu ölkə vətəndaşlıq üçün 100 min dollar istəyir. Amma bu rəqəm subay adamlar üçün keçərlidir. Evli və ya uşaqlar olduqda bu məbləğ 200 min dollara qalxır.

10. Qranada

Qəraib dənizinin şərqində yerləşən Qranada vətəndaşlıq hüququ üçün 100 min dollarlıq investisiya şərti qoyub.

11. Sent Kits və Nevis

İki adadan ibarət olan bu federal ölkə 250 min dollar qarşılığında iranlılar istisna olmaqla digər ölkələrə vətəndaşlıq haqqı verir.

12. ABŞ

ABŞ-dan vətəndaşlıq almağın şərtləri: 1 milyon dollarlıq şirkət qurub və ya 500 min dollarlıq investisiya qoymaqla müddətsiz vətəndaşlıq almaq imkanı qazanmaq olar. Beş il Amerikada fasiləsiz yaşamaqla da vətəndaşlıq hüququ almaq mümkündür.

13. İngiltərə

5 il müddətlə 1 milyon poundluq investisiya qoymaq lazımdır.

14. Makedoniya

400 min avro dəyərində investisiya edib ən az 10 işçini işlə təmin etsəniz, Makedoniya vətəndaşı ola bilərsiniz.

15. Bolqarıstan

Bu ölkə də ən az bir il yaşayıb 1,2 milyon dollar investisiya qoymaq tələb olunur.

16. Albaniya

Albaniyanın şərti 200 min dollar investisiya qoymaqdan ibarətdir.

17. Almaniya

Almaniya vətəndaşlığı üçün lazımlı olan minimum investisiya miqdarı 250 min avrodur. Alman vətəndaşlarına məşğulluq yaradılarsa, vətəndaşlıq qazanmaq olar.

18. Qvatemala

Beş il müddətində ən azı 50 min dollarlıq investisiya etsəniz, qvatemalalı ola bilərsiniz.

19. Honq Konq

Asiyanın ən böyük sərbəst bazarı və limanı, ən işlək ticarət, sənaye və turizm mərkəzi Honq Konq vətəndaşlığı üçün təxminən 1 milyon 260 min dollar məbləğində bir investisiya tələb edilir.

20. Kanada

800 min dollarlıq varidatla və ölkədə 400 min dollarlıq yatırım qoymaqla kanadalı olmaq mümkündür.

21. Slovakiya

1 milyon avroluq sərmayə tələb edilir.

22. İrlandiya

500 min dollarlıq investisiya qoymaqla bərabər, hökumətin müəyyən etdiyi tarixi gözləmək laızmdır.

23. Uruqvay

Yoluxucu xəstəliyin olmaması və aylıq 1200 dollar maaşın olması kifayətdir. Bu ölkə də 3 il yaşamısınızsa, Uruqvay dövlətinin vətəndaşı ola bilərsiniz.

Tarix
2015.11.03 / 20:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla