Yuxarı

Kreml Suriya müxalifəti ilə danışıqlara başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən rusiyalı diplomat Suriya böhranının müzakirəsi üçün radikal qruplaşmaların danışıqlarda iştirak edəcəyini açıqlayıb.

"Ümid edirik ki, danışıqlarda iştirak etmək üçün etdiyimiz dəvəti qəbul edəcəklər. Suriyalı müxaliflər üzərində təsiri olan xarici qüvvələr də danışıqların təşkil edilməsi üçün çalışmalıdır. Beləcə müxalif qruplar yorğanı öz üzərinə çəkməklə vahid mövqe nümayiş etdirə bilərlər", - deyə Lavrov qeyd edib.

Bu arada "Kommersant" qəzeti Moskvanın Suriya danışıqlarında iştirak etməsini istədiyi müxalif qrupları təmsil edən 38 şəxsin adını açıqlayıb.

Qəzetin məlumatına görə, Rusiya hökuməti təkcə Suriyada deyil, xaricdə fəaliyyət göstərən digər təşkilatlarla da danışıqlar aparacaq. Bura Suriya İnqilabçı və Müxalif Qüvvələr Milli Koalisiyasının köhnə və yeni üzvləri də daxil edilib.

Siyahıda Əhməd Carba, Əhməd Xətib, Hadi Bəhra və Bədr Camus kimi koalisiyanın sabiq liderləri yer alıb. Bundan başqa koalisiyanın indiki rəhbəri Xalid Hoca da danışıqlarda iştirak edəcək.

Suriya Milli Koordinasiya Komitəsinin koordinatoru Həsən Əbdulazim və xələfi Heysan Mannanın yer aldığı siyahıda Xristian Demokratik Hərəkatı, Müsəlman Qardaşları və Süryani Birliyinin nümayəndələri də var.

Qəzetin iddialarına görə, Kremldə hazırlanan adlar Səudyyə Ərəbistanının Vyanada təqdim etdiyi siyahı üzərində hazırlanıb və bir-birinə çox bənzəyir.

Xatırladaq ki, Suriya danışıqlarının növbəti raundu Moskvada keçiriləcək.

Tarix
2015.11.04 / 16:37
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla