Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


ABŞ kəşfiyyatı: “Rusiya Ermənistanda çevriliş hazırlayır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" hesab olunan "Stratfor" mərkəzi Qafqaz regionu haqda maraqlı məqamlara toxunan məqalə hazırlayıb.

Publika.az xəbər verir ki, məqalədə Rusiyanın Ermənistanda çevriliş hazırladığı, bunun isə işğal olunmuş Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında rol oynaya biləcəyi qeyd olunur.

"İranın nüvə proqramı ilə bağlı razılaşma Yaxın Şərqin dinamikasını dəyişməklə yanaşı, Qafqaz regionuna, xüsusilə Ermənistana təsir göstərəcək. Sanksiyaların qaldırılması ilə Ermənistan Gürcüstan limanları vasitəsilə İrandan neft və təbii qaz ala bilər. Lakin Tehranla enerji və infrastruktur layihələrində İrəvanın iştirakı Rusiya tərəfindən əsas payçının özü olacağı şərtilə icazə verilir. Bu məqsədlə Rusiya Ermənistanda iqtisadi gücünü artırır, həmçinin, Ermənistan siyasətinə təsir etmək üçün Rusiyadakı nüfuzlu erməniləri önə çəkir. Yeni regional enerji layihələrinin İrəvandan yan keçməsi siyasətini aparan Rusiya üçün bu dəqiqə əsas olan Ermənistanın özündən asılılığını daha da möhkəmlətməkdir", - məqalədə bildirilir.

Mərkəz qeyd edir ki, Ermənistan Qafqazda coğrafi baxımdan yaxşı mövqedə olmağına baxmayaraq, bütün layihələrdən kənarda qalıb: "Buna səbəb isə Dağlıq Qarabağın işğalından sonra Azərbaycan və Türkiyənin bu ölkəni təcrid etməsidir. Gürcüstanla Rusiyanın münaqişəsi onu xeyli geri atdı, digər tərəfdən, İrana sanksiyaların tətbiqi bu ölkə ilə də enerji və iqtisadi əlaqələr qurmağına imkan vermədi. Nüvə proqramı üzrə razılaşmadan sonra Tehran Ermənistana nəvaziş göstərməyə başlayıb. İran neft və qazının Avropaya çıxış marşrutu kimi Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Ermənistanı düşünür. Əslində Türkiyədən enerji ixrac etmək İran üçün daha asandır, lakin Suriya məsələsində dərin fikir ayrılığı iqtisadi əlaqələrə də təsir edir. Məhz Suriya münaqişəsi Ermənistan marşrutuna ikinci nəfəsi verdi. Buna qədər İranla Ermənistan arasında 3,7 milyard dollarlıq investiyaya başa gələcək dəmiryol layihəsi var idi. Lakin Rusiya bu layihəni qəti şəkildə rədd edir. Buna görə də proseslər göstərir ki, Tehran eyni layihəni Azərbaycanla reallaşdırmaq fikrindədir. Bu İranın Rusiyanın Baltik limanlarına da çıxışı təmin edə bilər. Belə görünür ki, Azərbaycan hazırda Ermənistanın tranzit yolundakı bütün planlarını alt-üst etmək gücünə sahibdir".

"Stratfor" yazır ki, dəmir yolu layihəsi Rusiyanın blokladığı yeganə layihə deyil: "Avqustun 9-da Ermənistan İranla iki ölkəni birləşdirən elektrik enerjisi xəttini tikməklə bağlı razılaşma imzaladı. Buna baxmayaraq, erməni mənbələri bildirir ki, "Qazprom" elektrik ötürücü xətdən istifadə hüququnu artıq əldə edib. 2014-cü ilin yanvar ayında "Qazprom" Ermənistanda təbii qaz monopoliyasının 20 faizini də əldə edib. Bununla 2015-ci ilin iyun ayında İrandan Ermənistana təbii qazı aparan boru kəmərinin mülkiyyətini öz nəzarətinə alıb. Kreml ümid edirdi ki, iqtisadi investisiyalarla Ermənistanı tamamilə ələ alacaq. Lakin bu yaxınlarda Rusiyada yaşayan nüfuzlu ermənilərlə də İrəvana təsir etmək siyasətinə başlayıb. Belə ki, Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyana məxsus "Tashir Qroup" şirkəti Ermənistanın elektrik enerjisi şəbəkəsini RAO EES-dən alıb. Bundan əlavə, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan elan edib ki, partiya yaradır və Ermənistanda 2017-ci ildə keçiriləcək seçkilərdə iştirak edəcək. Əlbəttə, Kreml Sarkisyan hökuməti ilə açıq qarşıdurmaya getməyi arzu etmir. Lakin vaxtaşırı İranla bağlı siyasətdə Rusiyaya qarşı getməsi Sarkisyana baha başa gələ bilər. Ona qarşı Karapetyan və Abrahamyanda istifadə edilməsi də buna hesablanıb".

Mərkəz bu proseslərin Dağlıq Qarabağda status-kvonu dəyişməyə gətirib çıxaracağı ehtimalını müdafiə edir.

"Bu yaxınlarda Azərbaycan bu istiqamətdəki səylərini artırmışdı. Təsadüfi deyildi ki, Bakı ilə Moskvanın diplomatik danışıqlarının ardından İrəvan təmas xəttində hücumlarının intensivləşdirdi və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını açıq tənqid etdi. Kreml məhz Rusiyada yaşayan ermənilərlə İrəvanın siyasətinə açıq təzyiq edir. Hesab etmək olar ki, uzunmüddətli perspektivdə Karapetyan və Abrahamyan kimi pro-Rusiya fiqurları Ermənistan siyasətində ciddi rola malik olacaqlar. Digər tərəfdən, Rusiya şirkətlərinin Ermənistanın enerji sektorunda payının artması ilə İranın bu ölkəni tranzit kimi istifadə etməsi planlarını alt-üst edəcək", - mərkəz yazır.

Tarix
2015.11.05 / 12:29
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Rusiya sürətlə yoxsullaşır - Sorğu

Mənə qalan mirasla bağlı Ərdoğanla danışacam - Tramp

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Putin Təhlükəsizlik Şurasını çağırdı

Misirdə səhər namazı qana boyandı

Şərq Tərəfdaşlığının taleyi Rusiyadan asılıdır - Merkel

Sərkisyandan Brüssel hiyləsi: Çıxışını düşməninə ötürdü

Erməni siyasətçi Qarabağda hərbi hissə tikdirir

Ərdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddia

Körpənin halı türk həkimi ağlatdı - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla