Ana səhifə Planet |
Kimyəvi Silahların Qadağan olunması Təşkilatı İŞİD-in Suriya ərazisində kimyəvi silahlardan istifadə etdiyini təsdiqləyib.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu haqda ilkin məlumatı "Röyter" agentliyi yayıb.
Təşkilatın 21 avqustda Alepponun şimalında yerləşən Marea şəhərində yaşanan insidentlə bağlı hazırladığı hesabatda deyilir ki, ən azı iki nəfər xardal qazının təsirinə məruz qalıb.
Təşkilatdan verilən məlumata görə, hazırda İŞİD-in bu qazı hardan əldə etdiyi böyük narazılıq doğurub. Belə ki, mövcud ehtimala görə, terrorçular artıq özləri bu qazın istehsalını öyrəniblər. İkinci real variant isə Suriyanın il yarım öncə ərazisindən çıxarılmalı olduğu və hesabatda göstərilməyən zəhərli maddənin qalıqları İŞİD tərəfindən ələ keçirmə ehtimalıdır.
Hazırda Kimyəvi Silahların Qadağan olunması Təşkilatı mövzuyla bağlı araşdırmaları davam etdirir.
Tarix
2015.11.06 / 01:30
|
Müəllif
Rəfiqə Əlisəfa
|