Yuxarı

Cadugərlər bayramının gerçək tarixçəsi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hellouin" – "Cadugərlər bayramı" hər il oktyabrın 31-də qeyd olunan rəngarəng və əyləncəli bayramdır. Bu bayram "Balqabaqlar bayramı" kimi də tanınır. Hazırda dünyanın müxtəlif ölkələrində – ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Sinqapur, Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiyada təntənəli şəkildə qeyd olunur.

"Cadugərlər bayramı"nın ən mühüm özəlliyi havanın qaralması ilə küçələrə axışan əcaib kostyumlu uşaq və gənclərdir. Əllərindəki rəngli qablarla qapı-qapı gəzərək konfet yığan uşaqları sevindirmək istəyən böyüklər əvvəlcədən ləzzətli şirniyyatlar bişirərək axşamın düşməsini gözləyirlər. Məna və formasını dəyişdirərək günümüzə gəlib çatan bir çox bayram kimi "Cadugərlər bayramı"nın da əsil mahiyyəti tamam başqadır. Bəs "Cadugərlər bayramı"nın kökü əslində haradan gəlir?

Axar.az dünyada böyük təntənə ilə keçirilən "Cadugərlər bayramı" haqda araşdırmanı təqdim edir.

"Cadugərlər bayramı" ilk vaxtlar Böyük Britaniya və İrlandiya ərazisində yaşayan kelt xalqının adətləri əsasında keçirilib. Buna görə də başlanğıc tarixi dəqiq bilinməyən "Hellouin"ə bəzi ölkələrdə Kelt festivalı da deyilir.

O vaxtlar oktyabrın 31-i məhsul yığımının bitdiyi gün hesab olunurdu və yeganə gəlir mənbəyi təsərrüfatçılıq olan insanların yaşamağa davam edə bilib-bilməyəcəyi həmin gün məlum olurmuş.

Növbəti ili çətin keçirəcəklərini məhsul yığımından öyrənən cütçülər inanırdılar ki, bütün bunların səbəbkarı öldükdən sonra rahatlıq tapa bilməyən ruhlardır. Bu qəribə inanca görə, cinayətə qurban gedənlərin, dünyadakı işlərini tamamlaya bilmədən ölənlərin, həyatlarını günahkar olaraq keçirənlərin ruhları hər il 31 oktyabrda dünyanı ziyarət edərək insanları lənətləyirlər. Birinci gəlişlərində onları qorxudub qaçıra bilməyən cütçülərin bu lənətə görə yığımları gözlədiklərindən az olurmuş.

"Cadugərlər bayramı"nda istifadə olunan qorxunc paltarların və qəribə bəzəklərin mahiyyəti çox maraqlı inanclara söykənir. İnsanlar pis niyyətli ruhları qorxudub qaçırmaq üçün evlərin üstündən bu cür əcaib fiqurlar, bəzəklər asır, özləri isə qorxunc maskalar geyinirdilər. Onlar qış aylarına hazırlıq üçün kəsdikləri heyvanların sümüklərini meydanlarda yandıraraq böyük tonqallar qalayır, ətrafa yayılan pis qoxularla "narahat ruhları" uzaqlaşdırmağa çalışırdılar.

İrlandlar, şotlandlar və qallar tərəfindən İngiltərədə festival kimi keçirilən "Cadugərlər bayramı" XIX əsrdə Amerikada da qeyd olunmağa başlandı.

Ancaq zaman keçdikcə "Cadugərlər bayramı"nın əsil məğzi unuduldu və XX əsrdə kökünün gedib çıxdığı torpaqlarda belə Amerika bayramı olaraq tanınmağa başladı. Hazırda demək olar ki, dünyanın hər yerində qeyd olunan bu bayram Amerikada böyük təntənə ilə keçirilir.

Katolik ölkələrdə "Əzizlər və Ruhlar Günü" adı ilə tanınan bu bayramın Meksikada xüsusi yeri var. 31 oktyabr gecəsi başlayan və Meksikada "Ölülər bayramı" kimi qeyd olunan bu bayram düz 3 gün davam edir.

İnanca görə, 31 oktyabr gecəsi mələklərə çevrildiyi düşünülən ölmüş uşaqlar öz evlərini ziyarət edir. Noyabrın 1-də isə yetkinlik yaşlarında ölənlər evlərinə dönürlər və hər bir meksikalı ailə onlar üçün yemək hazırlayıb süfrəyə düzür. Süfrə başında ailə ilə yemək yeyəndən sonra noyabrın 2-ə qədər bütün bu sevilən ölülər yavaş-yavaş gəldikləri yerə qayıdırlar.

Bu bayrama hazırlıq prosesi də çox maraqlıdır. Oktyabrın ikinci yarısından etibarən hər kəs evinin qarşısına, bağçasına, pəncərəsinə bizim xınagülü dediyimiz çiçəkləri əkir. Daha sonra ölülərin yolu tapa bilməsi üçün oktyabrın 31-dən noyabrın 2-ə qədər hər ölü üçün bir şam yandırılır.

Bu bayram Meksikada vəfat etmiş yaxınları xatırlamaq və onların hələ də həyatda olduqlarını hiss etmək üçün qeyd olunur.

Rəngarəngliyi ilə dünyada böyük maraq doğuran "Hellouin" getdikcə daha geniş miqyasda keçirilir.

Tarix
2015.11.06 / 01:49
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla