Yuxarı

İranın Suriyada görünməmiş itkiləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İranın itkiləri hər gün artır.

Axar.az xəbər verir ki, İran İnqilab Keşikçilərinin tərkibində vuruşan general-mayor və bir polkovnik Hələb şəhərində suriyalı müxalifətçilərlə yaşanan qarşıdurma zamanı öldürülüb. Bununla Suriyada öldürülən iranlı komandirlərin sayı 11 olub.

Polkovnik Mustafa İzzətullah Süleymani rəsmi olaraq Suriya ordusunda hərbi müşavir vəzifəsini tuturdu. Bir neçə gün öncə Hələbdə müxaliflər tərəfindən öldürülən Süleymaninin konkret olaraq kim tərəfindən vurulduğu açıqlanmayıb.

İran İnqilab Keşikçilərinin xüsusi təlim keçmiş briqadasında xidmət edən Süleymani Suriyada aparılan bir çox özəl əməliyyatlarda iştirak etmişdi.

Daha biri general-leytenant Rza Havari Suriyanın mərkəzində gedən döyüşlərdə öldürülmüşdü.

Bundan başqa, İran İnqilab Keşikçilərinin daha 9 komandiri ötən ay gedən döyüşlər zamanı öldürülüb. Öldürülən 5 komandirin adı açıqlanmasa da, digərlərinin adları aşağıdakı kimidir: Seyid Səccad Hüseyni, Mustafa Sədrzadə, Seyid Hüseyni, Seyid Milad Mustafavi.

Tarix
2015.11.06 / 09:09
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla