Yuxarı

Son 10 ilin ən soyuq qışı gəlir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya son 10 ilin ən soyuq qışını gözləyir. Bu barədə ABŞ Milli Okean və Atmosfer Agentliyi məlumat yayıb.

Sputnik.az bildirir ki, qurumun apardığı müşahidələr nəticəsində bəlli olub ki, axırıncı dəfə 1997 - 98-ci ildə müşahidə olunan "Super El Nino" qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan "El Nino" bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.

Milli ekoloji proqnozlaşdırma mərkəzinin prezidenti Telman Zeynalovun fikrincə, bu qış sərt deyil, soyuq keçəcək:

"Qış sərt keçməyəcək, qışımız soyuq keçəcək. Keçən il oktyabr ayında yağıntılar yağmırdı, amma hava çox soyuq idi. Bu, oktyabrın 25-dən başlamışdı, bu il isə oktyabrın beşindən başlayıb, yəni qabaqlayıb. Gördüyünüz kimi, havalar soyuq keçir. Oktyabrın axırıdır hələ də yağışlar səngimir; dağlara qar yağır, yerə isə yağış tökür, sürüşmələr baş verir. Xaricilər deyəndə ki, Azərbaycanda hava həddən artıq sərt keçəcək, 30 dərəcə şaxta olacaq - tamamilə cəfəngiyatdır, buna inanmayın. Əgər Bakıda 3-5 dərəcə şaxta olacaqsa, Bakı küləyi onu 15 dərəcəyə qaldıracaq. Son ilə qədər Azərbaycanda yayın quraqlı, qışın isə mülayim keçməyinin səbəblərindən biri cənub küləklərinin əsməsi idi. Yayı da, qışı da bizdə əsasən cənub küləkləri əsirdi, ona görə də bizdə mülayim hava şəraiti var idi".

Qeyd etmək lazımdır ki, son vaxtlar əhali arasında yayılan "dəhşətli" proqnozlar tək qış ilə bağlı deyil. Azərbaycanda güclü zəlzələnin, eləcə də ciddi torpaq sürüşmələrinin baş verəcəyi haqda da xəbərlər yayılmışdı. Bəs bütün bu proqnozlar nə dərəcədə reallığa uyğundur? Telman Zeynalovun fikrincə, son günlər yayılan bu söhbətlər cəfəngiyatdan artıq bir şey deyil:

"İqlim dəyişikləri ilə əlaqədar həddən artıq çox pessimist və qorxuducu məlumatlar yayılır. Amma indiyənədək heç bir elm - hidrologiya, geologiya, metrologiya və ya baçqası bir həftə əvvəl proqnoz verə bilməz ki, dünyada nələr baş verəcək. Bu cəfəngiyatdır".

Qeyd edək ki, ekspert yayılan dezinformasiyalar səbəbindən əhalini təşvişə düşməməyə çağırıb.

Tarix
2015.11.07 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla