Yuxarı

Tramp Dəməşqdə qumarxana açır – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Partiyanın ABŞ prezidentliyinə namizədi Donald Tramp NBC televiziyasında yayımlanan "Sətidi Nayt Liv" (Saturday Night Live) komediya verilişinə qatılıb.

Axar.az xəbər verir ki, kiçik süjetli səhnəcik formasında aparılan proqramda 2018-ci il təsvir olunub. Prezident seçilən Tramp isə köməkçilərindən qlobal məsələlərlə bağlı məlumat alır.

Səhnəcikdə İŞİD terror təşkilatının yox edildiyi, Suriyada sülhün bərqərar olduğu və bütün qaçqınların öz ölkəsinə qayıtdığı deyilir. Suriya paytaxtı Dəməşqdə qumarxanaların fəaliyyətə başladığı barədə məlumat alan Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və Ukrayna böhranının həll edildiyini bildirir.

Daha sonra səhnəcikdə iki il sonra ABŞ iqtisadiyyatının Çini ötdüyü və Pekinin Vaşinqtondan borc aldığı təsvir olunub.

Qeyd edək ki, Tramp şou-proqrama həyat yoldaşı Melanya Trampla bərabər qatılıb.

Tarix
2015.11.08 / 21:55
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla