Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Aprel 2018


1974: Kennedi Tiflis bazarında – Tarixi foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu şəkil 1974-cü çəkilib. Həmin il SSRİ-yə təşrif buyuran Edvard Kennedi paytaxt Moskva ilə barəbər, Tiflis şəhərinə də səfər edib.

"Axar.az"ın araşdırmasına görə, Sovetlər Birliyində "liberal senator" ləqəbi ilə tanınan senatorun ən yaxın dostu sayılan yazıçı Andrey Voznisenski xatirələrində yazır ki, Edvard onun şeirlərini sevə-sevə oxuyarmış: "Edvard Kennedi 1974-cü ildə SSRİ-yə gəldi. Onu yüksək səviyyədə qarşıladılar. O, müxtəlif məkanlara, o cümlədən Gürcüstan Sovet Sosialist Respulikasının paytaxtı Tiflis şəhərinə getmək istədiyini bildirdi. Dostum sadəliyi sevərdi, mühafizəsiz gəzərdi, arzusu Sovet metrosunda hərəkət etmək idi. Səfərinin ikinci günü metrodan çıxan Kennedi mənə, "dostum, təəcüblənirəm, məni heç kim tanımadı", - deyərək gülümsədi. Səfərinin üçüncü günü Edvard onu müşayiət edən qrupla Tiflisə uçdu".

Xatırladaq ki, şəkil Tiflisin mərkəzi bazarlarından birində çəkilib. "Dezertin" bazarı adlanan sözügedən məkan uzun illər kənd təsərrüfatı məhsullarının alış-verişi üçün nəzərdə tutulurdu. Qəribədir, bütün nöqsanları ört-basdır edən, əcnəbilərə SSRİ-də hər şeyin səliqəli, sahmanlı olduğunu durmadan vurğulayan Sovet rəhbərliyi Edvard Kennediyə natəmizliyin baş aldığı bazarlardan birinə getməsinə nə yaxşı razılıq verib?

Qeyd edək ki, Demokratlar Partiyasının üzvü olan Edvard Kennedi 1962-2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-ın Massaçuses ştatının senatoru olub. 2009-cu ildə 78 yaşında vəfat edib.

O, sui-qəsd nəticəsində qətlə yetirilən Amerikanın 35-ci prezidenti, məşhur Con Kennedinin kiçik qardaşıdır.

Tarix
2014.01.25 / 21:57
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə ordusu Qətərə gedir - Şahin-20...

Rusiya XİN-də bomba həyəcanı: təxliyə başladı

Paşinyan total hücum qərarı verdi: İrəvan küçələri... - Video

Qazaxıstanda azərbaycanlı general mükafatlandırıldı

Əslində Avropa Türkiyəni istəmir, çünki... - Fransız ekspert

Türkiyə parlamenti təsdiqlədi - Erkən seçkilər

Biz Suriya hakimiyyətinə dərs verdik ki... - ABŞ generalı

Türkiyə əsrin savaşında idi, ona görə... - Ekspert

Şok terapiyası olmayacaq - Raul Kastro

Gürcüstanda əməliyyat: 3 avtoritet saxlanıldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla