Yuxarı

13 türkü qətlə yetirən neo-nasistlərdən “uçan bomba” çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BBC News"un müxbiri Stiven Evansın məlumatına əsasən, Almaniyada son 18 ildə 13 türkü öldürən irqçi Neo-nasistlərin "uçan bomba"yla bağlı qırğın törətmə cəhdinin qarşısı son anda alınıb.

Almaniyanın Freyburq şəhərində Neo-nasistlərlə əlaqədə şübhəli bilinən adamın evində axtarış aparan polis evdə partlamağa hazır bombalarla bu bombaların içinə partladılmaq üçün yerləşdirilən maket təyyarələr ələ keçirib.

Polis hadisəylə əlaqəsi olan 23 yaşlı neo-nasisti həbs etməsəymiş "uçan bomba" qısa müddətdə partladılacaqmış.

Neo-nasistlərin basqında ələ keçirilən bombaları maket təyyarələrə yerləşdirildikdən sonra düşmən olaraq qəbul etdikləri xarici vətəndaşlara qarşı sol qrupların və irqçilik əleyhdarlarının təşkil edəcəyi mitinqlərdə istifadə etməyi planlaşdırdığı məlum olub. "Uçan bomba" havadan kütlənin arasına daxil olaraq kütləvi qırğınlar törədəcəkdi. Polis, hadisəylə əlaqədar daha iki neo-nasistin də axtarışda olduğunu bildirib.

Neo-nasist qətllərində iştirak etməkdə ittiham oluna bir qadın da hal-hazırda məhkəməyə çıxarılıb.

Tarix
2013.09.11 / 05:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla