Yuxarı

İraq Fəllucəni İŞİD-dən geri almağa hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Ənbar vilayətinin Fəllucə şəhərini İŞİD-dən geri almağı hədəfləyir.

Axar.az xəbər verir ki, bu barədə Ənbar vilayət məclisinin təhlükəsizlik komitəsinin üzvü Barakat Raci İsavi deyib.

"Təhlükəsizlik qüvvələri Ramadi ilə Fəllucəni birləşdirən Cəzirətül Halidiyyəni əl keçirsə və mərkəzi hökumət bu məsələdə səmimi davransa, sözügedən ərazi 10-15 gün ərzində İŞİD-dən geri alınar", - İsavi bildirib.

O, bir neçə gün öncə İŞİD-dən azad edilən Ramadi şəhərinin xarabalığa çevrildiyini açıqlayıb.

Qeyd edək ki, Fəllucə şəhəri Ramadi ilə Bağdad arasında yerləşir və strateji önəmə malikdir.

Tarix
2016.01.01 / 18:30
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla