Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Putinin 9 maddəlik milli təhlükəsizlik strategiyası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2016-cı il üçün 9 maddədən ibarət Milli Təhlükəsizlik Strategiyasını imzalayıb. Kreml rəhbərinin 2015-ci ilin son günündə təsdiq etdiyi və 2020-ci ilə qədər qarşıda duran prioritetlərin müəyyən olunduğu strategiyada rəngli inqilablar və kimyəvi silahlar Rusiyanın ən böyük problemi olaraq xarakterizə edilib.

Axar.az xəbər verir ki, strateji planda rəngli inqilablar və korrupsiyaya qarşı mübarizə məslələrinə xüsusi önəm verilib. Sənədə görə, millətçi və dini ideologiyalardan istifadə edən radikal qruplar, bəzi xarici və beynəlxalq qeyri-hökumət təşkilatları Rusiyanın ərazi bütövlüyünü yox etməyə və siyasi prosesləri nəzarətdən çıxarmağa çalışır. Sənəddə xarici kəşfiyyat xidmətləri, terrorçu və radikal qruplar əsas hədəf göstərilib.

Rusiyanın 2016-cı il Milli Təhlükəsizlik Strategiyasında nüvə təhlükəsinə də yer verilib. Bildirilir ki, nüvə silahına sahib olan ölkələr müəyyən risklər daşıyır.

"Nüvə silahı ilə bərabər, kimyəvi silahlar da təhlükəni artırır. ABŞ-ın Rusiyaya qonşu ölkələrdəki bioloji hərbi laboratoriya şəbəkəsi genişlənir", - planda qeyd edilib.

Sənəddə NATO-nun Rusiya sərhədlərinə qədər yaxınlaşması digər bir təhdid olaraq təyin olunur.

Sənəddə toxunulan digər əhəmiyyətli məsələ isə ABŞ və AB-nin Ukraynada inqilaba dəstək verməsidir. Bu dəstəyin Ukrayna cəmiyyəti içində dərin bir ayrılıq yaratdığı və silahlı qarşıdurmalara gətirib çıxardığı vurğulanan hesabatda radikal sağçı ideologiyaların yüksəlişi və qəsdən yaradılan düşmən Rusiya imicinin Avropada uzun müddətli qeyri-sabitlik yaradacağı bildirilir.

Sənəddə Rusiyanın Çin, Hindistan, Latın Amerikası və Afrika ölkələri ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu da vurğulanır.

Tarix
2016.01.03 / 10:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
loading...
Digər xəbərlər

Ərdoğan son 65 ilin ilkinə imza atır – Səfər

Saakaşviliyə canlı yayımda hücum - Video

Əsəd: Qərbin planını məhv etdik

Kreml Dağıstana daha bir rus nazir təyin etdi

İran İraqdakı əsas adamını ittiham edir

İraq ordusu əməliyyatlara başladı

Tramp məşhur otelini satır

Kreml izn verdi: Sərkisyan gedir...

ABŞ Suriyadan çıxmaqdan imtina edir – Şok

İslamafob rusofobiya ilə savaşa başlayır

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla