Yuxarı

Rus ekspert: “İran-Səudiyyə konflikti...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin pozulması Suriya konfliktinin həllini çətinləşdirəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı şərqşünas Sergey Demidenko deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə İran arasında Yaxın Şərq region uğrunda latent savaş gedir:

"İran heç vaxt Səudiyyənin özünün regional düşməni olduğunu söyləməyib. Doğrudur, hər iki tərəf bir-birilə münasibətləri qoruyub saxlasalar da, onlar arasında Livan, Suriya, Yəmən, Bəhreyn uğrunda aktiv mübarizə gedir. Sonuncu baş verən hadisə daha çox Suriya ilə əlaqədardır. Suriya böhranı daha çox etnik-dini xarakter daşıyır. Onun özünün inkişaf qanunları var. Heç bir regional və ya qlobal gücün bu situasiyanı indiki mərhələdə həll etmək imkanı yoxdur. Bu konflikt bütün tərəflərin bir-birini öldürməkdən bezdikləri an öz-özünə dayanacaq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimri daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatic əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Tarix
2016.01.04 / 18:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla